• $
  • £

“Çelsi” və “Arsenal” azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı

“Çelsi” və “Arsenal” azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
28.05.2019 14:18
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu zamanı hər iki komandanın yerli və xarici azarkeşlərinin dəstək aksiyası üçün xüsusi yerlər ayrılıb,verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Meriya sözçüsü qeyd edib ki, bunun üçün şəhərin mərkəzi hissəsində azarkeşlərə 3 ərazi təqdim edilib: "Çelsi" komandasının əcnəbi azarkeşləri üçün Sahil bağında, "Arsenal"ın xarici azarkeşləri üçün isə Qış Bulvarında xüsusi ərazi ayrılıb. Hər iki komandaya azarkeşlik edən yerli sakinlər üçün isə Dənizkənarı Milli Parkda yer nəzərdə tutulub".

İ.Kərimov bildirib ki, həmin ərazilərdə AFFA tərəfindən xüsusi monitorlar və digər avadanlıqlar quraşdırılacaq. Azarkeşlərin şəhərdə futbolu canlı izləmək şansları da olacaq.

Xatırladaq ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək. Azarkeşlər Bakıya xüsusi çarter reyslərlə gətiriləcək.

Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb.

Qeyd edək ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol