• $
  • £

Bakıdan Madridə – iki finalın fərqli mənzərəsi

Bakıdan Madridə – iki finalın fərqli mənzərəsi
02.06.2019 14:44
Avropanın bir nömrəli klub turniri olan UEFA Çempionlar Liqasının final oyunu başlamamışdan öncə təşkilatçılıq baxımından bir sıra çatışmazlıqlar üzə çıxıb.
İspaniyanın paytaxtı Madriddəki final ərəfəsində İngiltərənin "Tottenhem” və "Liverpul” komandaları bir sıra çətinliklərlə rastlaşıb.
Bütün dünyada xuliqanlıq hərəkətləri ilə ad çıxaran ingilis azarkeşlərin törətdikləri iğtişaşların və onların iştirakı ilə baş verən kütləvi davaların əksəriyyəti futbol ictimaiyyətinə bəllidir. Lakin bu dəfə diqqət mərkəzində ingilislərdən çox təşkilatçılardır.
Ölkənin digər aparıcı klubu "Mançester Yunayted”in əfsanəvi futbolçusu Erik Kantona hər iki klubun azarkeşlərinə barları, kafeləri bir kənara qoyub vaxtlarını səmərəli keçirməyi tövsiyə edib. Fransalı sabiq hücumçu onları daha mədəni olmağa çağırıb.
Azarkeşlər şəhərdə nəqliyyat, komminikasiya vasitələrinin normal işləməməsindən, qonaqlar üçün lazımı şəraitin olmamasından, hətta ictimai tualetlərin çatışmazlığından şikayətlənirlər. Polis gecə məkanlarının birində vaxtlarını keçirən "Tottenhem” fanatlarını saxlayıb. Saxlamamışdan öncə onlara hücum edib və döyüblər. Polis hansısa fanatı hər hansı bir hərəkətə görə saxlaya bilər, lakin dünyanın digər ölkələrində olduğunu kimi İspaniyada da güc strukturu əməkdaşlarının həmin şəxsləri döymək hüququ yoxdur. Onların döyülmələri bir problem, ölkələrinə qayıtmaq üçün bilet tapa bilməmələri isə başqa ciddi problemdir.
Təzyiqə məruz qalanlar isə mətbuata açıqlamalarında səbəbsiz yerə döyüldüklərini və bunun anidən baş verdiyini bildiriblər.
İspanlar hər iki komandanın finala çıxmağından maddi məqsədlərlə də istifadə etmək istəyiblər. İspaniya polisi Çempionlar Liqasının finalı üçün 2000 saxta məhsul satmaq istəyən 6 şəxsi həbs etdiyini açıqlayıb.

Rəsmi satış məntəqəsindən sadəcə bir neçə metr uzaqlıqda bilet satan üç nəfər saxlanılıb. Təsəvvür edin, Çempionlar Liqası kimi nüfuzlu klub turniri üçün saxta bilet alan azarkeşlər var. "Qara-bazar” vasitəsilə pul qazanmaq istəyənlər təkcə 21 ədəd saxta bilet müqabilində 3 min funt sterlinq alıblar. Hətta UEFA-da saxta biletlərin satışına görə hər iki klubun azarkeşlərinə xəbərdarlıq edib. Bunu həyata keçirənlərlə bağlı müəyyən tədbirlərin də görüləcəyi bildirilib.
"Liverpul”un avtobusu oyunun keçiriləcəyi "Vanda Metropolitano” stadionunda tunelə ilişib. Nə qədər gülməli səslənsə də, Mersisayd təmsilçisi yarım saat tuneldə qalıb.

Halbuki İngiltərə mətbuatı Bakıda "Çelsi” və "Arsenal” komandalarının final oyunundan öncə bəzi əsassız məlumat yaymış, Bakının uzaq olmasını, komandalara biletlərin az verilməsi və digər məntiqi olmayan məsələləri bəhanə kimi istifadə edərək finala kölgə salmağa çalışmışdılar. Lakin bunların heç biri doğru çıxmadı. Fərq isə bu oldu ki, Bakıdakı finalda Madriddə yaşananların heç biri baş vermədi, ingilislər ölkədə döyülmədi, onların istirahətinə mane olunmadı. İngilis azarkeşlərin təhlükəsizliyi üçün bütün tədbirlər görüldü. Yəqin ki, ingilislər baş verən bütün bu hadisələrdən sonra Bakını Madriddən daha çox sevəcəklər… (Report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol