• $
  • £

Zülfiyyə siyahıdan çıxarıldı, Aygünlə Brilliant isə... - FOTO

Zülfiyyə siyahıdan çıxarıldı, Aygünlə Brilliant isə... - FOTO
29.05.2020 04:33
Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova iyulda keçiriləcək "Jara" beynəlxalq musiqi festivalının qonaqları sırasında yer alıblar.
Bir neçə həftə əvvəl adları açıqlanan ifaçıların eyni gündə - iyulun 26-da səhnəyə çıxacağı bildirilmişdi. İllərdir küsülü olan müğənnilərin eyni səhnəni bölüşəcəyi səs-küy yaratmışdı.
Bu gün isə festivalın proqramında dəyişiklik edildiyi açıqlanıb. Belə ki, Kazımovanın çıxış edəcəyi tarix dəyişdirilib. Aygün iyulun 26-da yox, iyulun 25-də "Jara"da sevənlərinin qarşısına çıxacaq.
Dadaşova isə iyulun 26-da festivalda mahnısını ifa edəcək. Bundan əvvəl "Jara"ya qatılacaq yerli müğənnilər arasında adı yer alan Xalq artisti Zülfiyyə Xanbabayeva isə siyahıdan çıxarılıb. Onun yerinə isə səhnəyə Əməkdar artist Miri Yusif çıxacaq.
Qeyd edək ki, "Jara" artıq dördüncü ildir Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilir. Gecədə həmçinin Rusiyanın tanınmış incəsənət nümayəndələri çıxış edirlər. 
 
Unikal.org

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Mədəniyyət 10:24
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Züleyxa Hacıyeva vəfat edib
Mədəniyyət 21:48
Züleyxa Hacıyeva vəfat edib
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mədəniyyət 15:42
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Mədəniyyət 16:00
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Mədəniyyət 14:11
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol