• $
  • £

Tramp xəbərdarlır edir: “İranla müharibə başlaya bilər”

Tramp xəbərdarlır edir: “İranla müharibə başlaya bilər”
05.06.2019 22:27
ABŞ prezidenti Donald Tramp İranla müharibəni istisna etmir.
Tramp Britaniyada televiziyaya müsahibə verərkən bu haqda danışıb.
Bizimyol.info xəbər verir ki, Donald Tramp böyük məmnuniyyətlə İran prezidenti Həsən Ruhani ilə bir masa arxasına əyləşib, müzakirələr aparmaq istəyində olduğunu deyib. Hərbi müdaxiləyə gəlincə, Amerika lideri bunları söyləyib: "Həmişə bu ehtimal var. Bəs mən bunu istəyirəmmi? Xeyr. Ancaq şans həmişə qalır”.
Tramp əlavə edib ki, İran onun prezidentliyinin lap əvvəlindən həddindən artıq düşməncəsinə davranıb: "O zaman onlar dünyada bir nömrəli terrorçu millət idi, bəlkə bu gün də elədir”.
İyunun 3-də məlumat yayıldı ki, ABŞ İranla nüvə razılaşmasına hazırdır. Məqsəd isə Tehranın kütləvi qırğın silahı əldə etməyəcəyinə zəmanət almaqdır.
Mayın 15-də İran hökuməti nüvə proqramı ilə bağlı bir sıra öhdəliklərin icrasını rəsmən dayandırıb.
ABŞ-la İran arasındakı münasibətlər bir müddət əvvəl nisbətən düzəlsə də, ötən ilin mayından yenidən gərginləşib. Həmin vaxt Tramp Amerikanın nüvə razılaşmasından birtərəfli qaydada çıxdığını elan edib. Ardınca da Tehrana qarşı sanksiyalar yenidən bərpa olunub. Yeni sanksiyalar paketi ötən ilin noyabrından qüvvəyə minib. Bu paket neft ixracı, sənaye, ticarət, ölkənin Mərkəzi Bankının dollar əməliyyatları da daxil, bir sıra sahələri əhatə edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir

“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
Dünya 12:43
“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Dünya 12:24
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü
Dünya 12:03
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü

Zelenski sabah Parisdə Makronla görüşəcək
Dünya 11:33
Zelenski sabah Parisdə Makronla görüşəcək
Tramp: İranla müharibədə qalib gəldik, amma başladığımız işi bitirməliyik
Dünya 09:36
Tramp: İranla müharibədə qalib gəldik, amma başladığımız işi bitirməliyik
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
Dünya 23:42
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol