• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Əgər sizdən xırda qəpikləri götürmürlərsə - bu nazirliyə müraciət edin

Əgər sizdən xırda qəpikləri götürmürlərsə - bu nazirliyə müraciət edin
08.06.2019 22:57
Mütamadi olaraq sosial şəbəkələrdə insanlar 1,3 və 5 qəpiklərin dükanlarda, alış-veriş mərkəzlərində və digər yerlərdə götürülməməsindən gileylənirlər. Daha çox belə hallara kiçik marketlərdə və avtobuslarda rast gəlinir. 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Media.Az-a açıqlamasında belə hallarla qarşılaşan vətəndaşlara İqtisadiyyat Nazirliyinə müraciət etməyi məsləhət görüb, çünki qanunda bu məsələ barəsində yazılmır. 
O qeyd edib ki, bu cür hallarla bağlı şikayətlər ayda bir dəfə olur və əksər vaxtlarda onları telefon zəngləri vasitəsi ilə həll etmək mümkün olur. 

"Biz dükana zəng edirik, onlarla danışırıq və nəticədə istehlakçı ilə yaranmış problemi həll edirlər. Lakin hesab edirəm ki, əgər pul dövriyyədədirsə, onu qəbul etməməyə heç kimin haqqı yoxdur”, - deyə E. Hüseynov bildirib. 
Hüquqşünas Elçin Qəmbərov isə qeyd edib ki, xırda qəpikləri qəbul etməkdən imtina qanun pozuntusudur. 
"Bunu faktiki olaraq respublikanın maliyyə siyasətinə qarşı sabotaj kimi dəyərləndirmək olar. Bu, ölkənin maliyyə qüdrətini sarsıdır. Əgər pul dövriyyədədirsə, xırda olduğuna görə heç kimin onu qəbul etməməyə haqqı yoxdur. Əgər bu hal avtobusda baş verirsə, sərnişindaşımaya görə cavabdeh olan şirkətə, habelə Maliyyə Nazirliyinə, yox əgər dükanlarda baş verirsə, təkcə Maliyyə Nazirliyinə yazmaq lazımdır. Onlar inzibati cəza təyin edə bilər”, - deyə o vurğulayıb. 
Vəkilin sözlərinə görə, başqalarına dərs olsun deyə, qanunu pozanlara qarşı sərt tədbirlər görülməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana ixrac artıb
İqtisadiyyat 15:58
Türkiyədən Azərbaycana ixrac artıb
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
İqtisadiyyat 15:17
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
Azerbaijan central bank keeps dollar rate unchanged
İqtisadiyyat 12:00
Azerbaijan central bank keeps dollar rate unchanged
Azərbaycanda istehlak xərcləri artıb
İqtisadiyyat 11:34
Azərbaycanda istehlak xərcləri artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
İqtisadiyyat 11:33
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:49
Qızılın qiyməti bahalaşıb
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
İqtisadiyyat 10:30
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir
İqtisadiyyat 09:43
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol