• $
  • £

Azərbaycanlı xanımlar Qarabağdakı erməni qadınlarla dialoqa başlayır

Azərbaycanlı xanımlar Qarabağdakı erməni qadınlarla dialoqa başlayır
10.06.2019 14:30
"Ermənistandan, həmçinin erməni işğalı altındakı Dağlıq Qarabağ və ətraf 7 rayondan qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkün qadınlar öz evlərinə qayıtmaq istəyirlər". 

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Avropa Parlamentinin sabiq üzvü, Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun professoru Patrisiya Lalond bildirib. 

"Mən Azərbaycanda olarkən qaçqın və məcburi köçkün qadınlarla görüşmüşəm. Bu qadınlar öz evlərinə - Qarabağa dönmək istədiklərini bizə dönə-dönə söyləyirdilər. Onlar yeni şəraitə hələ də öyrəşə bilməmişdilər. Azərbaycanlı məcburi köçkün qadınlarda ermənilərə münasibətdə heç bir nifrət hissi yoxdur. Onlarda nostalgiya, yaşadıqlarının nəticəsi olaraq psixoloji travma hiss olunurdu. Bu travma, xüsusilə, Xocalı faciəsininin şahidi olmuş qadınlarda daha aydın müşahidə olunurdu", - o qeyd edib.

Fransalı ekspert deyib ki, azərbaycanlı məcburi köçkün qadınlar Dağlıq Qarabağdakı erməni qadınlarla dialoq aparmaq istədiklərini deyiblər: "Onlar erməni qadınları ilə dialoq quracaqları təqdirdə, iki icma arasında barışıq yaranacağına inanırlar. Onlar erməni qadınlarla dialoqa girib Komitə yaratmaq istəyirlər. Azərbaycan hökuməti də bu məsələdə qadınları dəstəkləyir".

P.Lalond beynəlxalq təşkilatların Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirdiyini bildirib: "Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində görülən işlər arasında qaçqın və məcburi köçkün qadınlara ayrılan diqqət tədqirəlayiqdir. Azərbaycan hökuməti məcburi köçkün qadınlara yüksək qayğı göstərir. Mən Saatlı rayonunda məcburi köçkünlər üçün tikilmiş binalarda olmuşam və hər cür şərait yaradıldığına şahidəm. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, ölkədə çadır düşərgələri qalmamalıdır və məcburi köçkünlər yeni qəsəbələrə köçürülməlidir. Doğrudan da 4 il sonra, yəni 2007-ci ildə çadır düşərgələri artıq ləğv edilmişdi. Beynəlxalq təşkilatlar Azərbaycanın məcburi köçkünlərin rifahı və müdafiəsi naminə apardığı siyasəti dəstəkləyir. Bu barədə beynəlxalq sənədlərdə də qeyd olunub. 2018-ci ilin iyul ayında Avropa Parlamentində hazırlanan hesabatda bu tədbirlərə toxunulub və yüksək qiymətləndirilib".

Fransalı professor vurğulayıb ki, Azərbaycan dövlətinin qarşısında bu gün iki böyük məsələ durur: "Birincisi, məcburi köçkün qadınların geriyə - öz doğma torpaqlarına, evlərinə qayıtmasına nail olmaq, ikincisi isə Dağlıq Qarabağ münaqişəsini həll etmək, sülhə nail olmaqdır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Cəmiyyət 16:39
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq
Cəmiyyət 14:02
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol