• $
  • £

Azərbaycandakı pivə zavodu 50 illik yubileyini qeyd etdi (FOTOLAR)

Azərbaycandakı pivə zavodu 50 illik yubileyini qeyd etdi (FOTOLAR)
13.06.2019 14:32
İyunun 12-si ölkənin ən böyük pivəbişirmə şirkəti Carlsberg Azerbaijan Xırdalandakı pivə zavodunun 50 illik yubileyini qeyd etdi.

Bir az tarixdən danışaq: Zavod istismara 1969-cu ildə verilmişdir və o, SSRİ-dəki altı ən böyük pivəbişirmə müəssisəsindən biri idi. 1997 –ci ildə Qrup Kastel şirkəti zavodu almış və 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılış baş tutmuşdu. 2008-ci ildə zavod Carlsberg Group-un bir hissəsi olmuşdu.

Yubiley tədbirində şirkətin bütün respublika üzrə əməkdaşları, Carlsberg Group Şərqi Avropa regionunun vitse – prezidenti Lars Leman və Carlsberg Group rəhbərliyinin digər nümayəndələri, həmçinin Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Abşeron rayon İcra hakimiyyətinin nümayəndələri iştirak etmişdilər.

Carlsberg Azerbaijan şirkətinin Baş direktoru Vyaçeslav Maltsev öz təbrik nitqində vaxtilə zavodun yarandığı zamandan indiyədək şirkətdə çalışan əməkdaşlardan, bunun irsiliklə müasirliyin birləşməsinin gözəl bir nümunəsi olmasından danışdı və məhz bu amilin Carlsberg şirkətini unikal etdiyini bildirdi. Tədbirin zamanı zavodda 20 ildən artıq işləyən və zavodun inkişafına öz töhfəsini verən əməkdaşlar xüsusilə qeyd edildi.

Daha sonra Carlsberg Group Şərqi Avropa regionunun vitse – prezidenti Lars Leman da təbrik çıxışı edərək qeyd etdi ki, zavodun 50 illiyi Carlsberg-in Azərbaycanda mövcudluğunun 10 illiyi ilə üst-üstə düşmüşdür və Carlsberg Group Azərbaycanın pivə bazarındakı böyük potensialını görür və onun inkişafına inanır.

AR-in İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərovun nitqi yekunlaşdırıcı çıxış olmuşdur. O, öz nitqində Carlsberg Azerbaijan şirkətinin ölkənin iqtisadiyyatına verdiyi töhfənin vacibliyindən danışmış və onun zavodun inkişafına qoyduğu investisiyaları yüksək qiymətləndirmişdir – bu investisiyaların ümumi məbləği 50 milyon manatdan çoxdur.

Yubiley tədbirində Carlsberg Azerbaijan şirkəti ilə AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə olunması sahəsində əməkdaşlığa yönələn 3 il müddətinə Anlaşma Memorandumu imzalandı. Ətraf mühitin qorunması sahəsindəki əməkdaşlıq Carlsberg Group-un dayanıqlı inkişaf proqramının bir hissəsidir: "Birlikdə SIFIRA Doğru".

Carlsberg Azerbaijan pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücüildə - 8 mln. dekalitrdir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribüterlər, agentliklər, podratçılar).Onun zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon manat təşkil edir. Şirkət portfelinə Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Jiqulyovskoe Firmennoye, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Group-un zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. Carlsberg Group əməkdaşlarının ümumi sayı 42 000-dən çoxdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol