Həsən Mirzəyev Qarabağ separatçıları ilə bir masa arxasında
Moskvada, qondarma "Dnestryanı respublikanın” Rusiyadakı "rəsmi” nümayəndəliyinin binasında Moldovanın 1990-1992-ci illərdə "Dnestryanı xalqına qarşı hərbi təcavüzü zamanı törədilmiş cinayətlərə görə cəzaların qaçılmazlığı” mövzusunda dəyirmi masa keçirilib.
Virtualaz.org xəbər verir ki, həmin dəyirmi masanın iştirakçıları arasında "Dnestryanı respublika”nın "xarici işlər naziri” Vitali İqnatyev, bu qondarma "respublikanın” digər nümayəndələri, habelə Beynəlxalq Slavyan Elmlər Akademiyasının prezidenti Sergey Baburin, Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyev, separatçı Cənubi Osetiya və Azərbaycanın Dağlıq Qarabağ regionundan erməni separatçıları-qondarma "DQR”in "diplomatları”, ekspertlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rusiya Vəkillər Gildiyasının rəhbəri, o cümlədən Dağlıq Qarabağ separatçıları ilə bir masa arxasına oturub separatizmi təşviq edən toplantıda iştirak edən Həsən Mirzəyev 1947-ci ildə Bakıda, dağ yəhidisi ailəsində anadan olub. Atası Boris Yevdayev dəmiryolçu işləyib. 1948-1963-cü illərdə valideyinləri ilə birlikdə Stavrapolda yaşayıb.Sonradan Bakıya köçüb və məktəbi burada bitirib. Əslində adı Qriqori olub, amma 1969-cu ildə adını dəyişərək Həsən edib. Sovet dövründə Bakıda hüquq-mühafizə orqanlarında işləyib. Ötən əsrin 80-ci illərinin sonlarında Moskvaya köçüb. Və vəkillik fəaliyyəti ilə məşğul olub. Rusiyada tanınmış vəkildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət
13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət
10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev