• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“B.EST Solutions” şirkəti Bakıda keçirilən İKT konfransında təmsil olunub

“B.EST Solutions” şirkəti Bakıda keçirilən İKT konfransında təmsil olunub
05.09.2014 17:00
Bakıda Azərbaycan-Amerika Ticarət Palatası və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusuna həsr olunmuş konfrans keçirilib.Davos formatında keçirilmiş konfransda yerli İKT sektorunun aparıcı şirkətlərinin rəbərləri ilə təhsil və maliyyə qurumları, həmçinin Rabitə və Yüksək Texnologiyalar və Vergilər nazirliklərinin səlahiyyətli nümayəndələri, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri arasında telekommunikasiya sektorundakı inkişaf təmayülləri müzakirə olunub.Konfransı giriş nitqi ilə açan Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov Azərbaycan hökümətinin özəl sektorun yüksək texnologiyalar sahəsini inkişaf etdirəcəyinə böyük ümidlər bəslədiyini qeyd edib. Nazir həmçinin xarici dövlətlərə ixrac edilə bilməsi üçün özəl sektor tərəfindən yeni rəqabətli məhsulların yaradılmasında hökümətin yaxından dəstək göstərməyə hazır olduğunu vurğulayıb.İştirakçılar interaktiv sessiyalarda Azərbaycanda telekommunikasiya və maliyyə qurpları arasında imkanlar və dilemmalar, yüksək texnologiyalarda insan resurslarının potensialı, yüksək texnologiya məhsullarının stimullaşdırılması məsələlərini müzakirə ediblər.Məruzəçilər arasında Azərbaycanda “Asan İmza” platformasının operatoru “B.EST Solutions” şirkətinin təsisçisi, Azərbaycan-Estoniya Ticarət Palatasının sədri Yana Krimpe də çıxış edib. Y.Krimpe elektron və mobil hökümətin inkişafında “Asan İmza” rəqəmsal mobil xdmətinin rolundan və mobil imza xidmətinin ixrac perspektivlərindən danışıb, “B.EST Solutions” şirkətinin gələcək layihələri haqqında məlumat verib.Y.Krimpe qeyd edib ki, neft resursları ilə zəngin ölkə kimi tanınan Azərbaycan yeni, inkişaf etmiş yüksək texnologiyalar infrastrukuru ilə dünyaya açılır. O bildirib ki, İKT reytinqlərində ölkələrdəki real vəziyyət heç də həmişə nəzərə alınmır və Azərbaycanın yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlarını dünya ictimaiyyətinə çatdırmaq üçün çox işlər görmək lazımdır.Y.Krimpe Azərbaycanın tanıdılmasında əsas işin hər bir şirkətin üzərinə düşdüyünü qeyd edərək konfrans iştirakçılarına nüfuzlu Forbes jurnalının eston versiyasında işıq üzü görmüş Azərbaycanın yüksək texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən geniş məqalə haqqında məlumat verib.Onun sözlərinə görə, Azərbaycanın yüksək texnoloji məhsullarının xaricə ixrac edilməsinin vaxtı çatıb və “Asan İmza” transmilli elektron xidmətlərin yaradılmasında, həmçinin müxtəlif ölkələr arasında biznesin inkişafı üçün əhəmiyyətli alət rolunu oynaya bilər.Xatırladaq ki, “B.EST Solutions” şirkətinin Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı “Asan İmza” (Mobil imza) platforması elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol