• $
  • £

Bu gün Səyavuş Aslanın doğum günüdür

Bu gün Səyavuş Aslanın doğum günüdür
05.09.2014 09:45
Bu gün Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri Səyavuş Aslanın doğum günüdür.Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda dünyaya gəlib. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və burda, «Kəndimizin mahnısı»nda Bayarm, «Özümüz bilərik»də İbişov, «Altı qızın biri Pəri»də Firuzbala, «Ulduz»da Şubay, «Hicran»da Dadaşbala, «Qaçırılmış qız»da Qəmzəli, «Lənət sənə, kor şeytan»da Misir Nəsir, «Əlli yaşında cavan»da Orduxan bəy kimi bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradır: «Nişanlı qız»da Mindilli, «Həyatın dibində»da Luka, «Günah»da Ağaəli, «Böyük Romul»da Romul Avqustul, «Od gəlini»da Oddamdı, «Bizim qəribə taleymiz»də Fəriş, «Sevgililərin cəhənnəmdə vüsalı»nda Cabbar, «Dəlilər və ağıllılar»da Ağamusa Fərəcov, «Hökmdar və qızı»nda Vanya Koxa, «Mənsiz dünya»da Qərib Qulam, «Ah, Paris…Paris!..»də Əsdulla, «Mənim ərim dəlidir»də Kişi, «Mənim sevimli dəlim»də Baş redaktor, «Poçt şöbəsində xəyal»da Yoldaş tək, «Hamlet»də Poloni, «Varlı qadın»da Sarı, «Kaş araba aşmayaydı!..»da Aqabo Boqveradze, kimi obrazlara da öz imzasını qoyub. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edən Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi.Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.Səyavuş Aslan çəkildiyi yüzə yaxın film və film-tamaşada da canlandırdığı obrazlarla kino aktyorluğu sahəsində öz sözünü deyib: 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100), 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film), Adam ol! (film, 2005)(tammetrajlı bədii film), Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film), Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası), Aktrisanın təbəssümü (film, 1974), Bankir adaxlı (film, 2008), Belə lazımdır (film, 1982), Bəyin oğurlanması (film, 1986), Bizim qəribə taleyimiz (film, 2005), Cin mikrorayonda (film, 1985), Dəvətnamə (film, 2003), Evlənmək İstəyirəm (1983), Evləri köndələn yar (film, 1982), Əhməd Haradadır? (1963), Əzablı yollar (film, 1982), Fırıldaqçı (1983), Girişmə, Öldürər (1990), Hacı Qara (film, 2002), Xüsusi vəziyyət (film, 1986), Köç (1986), "Qayınana" əməliyyatı (film, 1999), Qəm Pəncərəsi (1986), Qırmızı Qatar (1993), Mən sənin dayınam (film, 2001), Mənim Ağ Şəhərim (1994), Musiqi Müəllimi (1983), Nakəs (1991), O Dünyadan Salam (1992), Romeo Mənim Qonşumdur (1963), Sabiqlər (film, 1999), Sabiqlərin yeni sərgüzəştləri (film, 2000), Səhər (film, 1995), Sehrli Çıraq (1987), Ulduz (film, 1964), Üzr İstəyirəm (1985), Yaşıl eynəkli adam (film, 1987), Yaşıl eynəkli adam-2 (film, 1999), Yaxşı Qurtardıq (1985), Yay Gününün Xəzan Yarpaqları (1986), Yeganə çıxış yolu (film, 1980), Yol əhvalatı (film, 1980), Yuxu (film, 2001), Zəncirbənd (film-tamaşa)ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Mədəniyyət 20:00
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol