• $
  • £

AFFA "Qarabağ"a rəhm etmədi

AFFA "Qarabağ"a rəhm etmədi
28.05.2020 21:46

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, iclasda bir sıra klublar cəzalandırılıb. Belə ki, Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Həmçinin “Qəbələ” – AZAL matçında AZAL klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Eduardo Manuel idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında isə “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Digər bir qərara əsasən, "Xəzər Lənkəran" klubu cərimə olunub. Klub “İnter” matçında 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub.29 avqust tarixində Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.Həmçinin XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında isə “Sumqayıt” klubunun 5 , “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.Oyunun 63-cü dəqiqəsində “Sumqayıt” klubunun 50 №-li futbolçusu Xaqan Məmmədli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb və klub 1000 manat cərimə olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol