• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Türkiyənin bu kanalı Azərbaycanla bağlı qərar verdi

Türkiyənin bu kanalı Azərbaycanla bağlı qərar verdi
01.09.2014 19:33
“Bakı-2015” Avropa Oyunları ilə Türkiyənin aparıcı idman kanalı olan “NTV Spor” arasında beynəlxalq yayım haqqında ilk saziş imzalanıb.ANS PRESS-in məlumatına görə, “NTV Spor” kanalı Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.“NTV Spor” televiziya, internet və mobil platformalar üzərindən hər gün yeddi saat ərzində Oyunları təqdim edəcək. Həmin yeddi saatın böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda, yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə açılış və bağlanış mərasimləri də canlı nümayiş olunacaq.“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq qeyd edib ki, ilk beynəlxalq yayım sazişi bağladığımızı elan etməyə çox şadam. Sözügedən saziş milyonlarla türkiyəli idman azarkeşinə birinci Avropa Oyunlarını canlı izləmək imkanı yaradacaq. Türkiyədə böyük idman tədbirlərini yayımlayan “NTV Spor” Avropa Oyunlarında hər bir idman növünün keyfiyyətli şəkildə təqdim olunmasına xidmət edəcək.“Doğus Media Group”un İdman Qrupunun prezidenti Fuat Akdağ deyib: “Biz Türkiyədəki idman azarkeşlərini Avropa Oyunlarının yayımlanması xidməti ilə təmin etmək üçün Beynəlxalq İdman Yayımı Şirkəti və “Bakı-2015” ilə işləməyi səbirsizliklə gözləyirik. Bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda, həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir”.Türkiyə Olimpiya Komitəsinin baş katibi xanım Nəşə Gündoğan bildirib ki, bu saziş Türkiyədəki idman azarkeşlərini bir araya gətirəcək və bütün türk xalqına birinci Avropa Oyunlarında yarışmaq üçün seçilmiş idmançılarımıza öz dəstəklərini göstərməyə imkan yaradacaq. Biz hər zaman Azərbaycan ilə güclü dostluq münasibətlərində olmuşuq və bu sövdələşmə tarixi əlaqələrimizi daha da möhkəmləndirəcək.“NTV Spor” kanalı Türkiyənin ən böyük media şirkətlərindən olan “Doğus Media Group”a məxsusdur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol