• $
  • £

Heydər Əliyevin yaxın dostu vəfat etdi

Heydər Əliyevin yaxın dostu vəfat etdi
30.07.2019 12:30
Azərbaycanda da fəaliyyət göstərən "Özkaya Group” şirkətinin prezidenti, türk iş adamı Osman Gezekervəfat edib.


Anews.az Qaynarinfo-ya istinadan xəbər verir ki, Osman Gezeker bu gün səhər saatlarında uzun müddətdir müalicə aldığı Ankara Dövlət Xəstəxanasında dünyasın dəyişib. 


Qeyd edək ki, Osman Gezeker Azərbaycanın sabiq prezidenti Heydər Əliyevlə yaxın dostluq münasibəti ilə də tanınırdı. Belə ki, 1989-cu ildə Qars Polis İdarəsinin rəisi olan Osman Gezeker həmin vaxt Naxçıvana dəfələrlə yardım göndərib. Daha sonra prezident seçilən Heydər Əliyev Türkiyəyə səfəri zamanı qardaş ölkənin o vaxtkı dövlət başçısı Süleyman Dəmirəldən Osman Gezekerin Azərbaycana təyinatını xahiş edib. Süleyman Dəmirəlin qərarı ilə o, Bakıya polis ataşesi təyin olunub. 


Türkiyə mətbuatının məlumatına görə, Osman Gezeker vəzifə müddəti başa çatdıqdan sonra da Azərbaycanda yaşayıb və bizneslə məşğul olub. Onun Azərbaycanda tikinti materiallarının və dəmir avadanlıqların istehsalı, eləcə də satışı ilə məşğul olduğu bildirilir. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbərliyində təmsil olunub. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Cəmiyyət 16:39
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq
Cəmiyyət 14:02
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq

Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq
Cəmiyyət 13:57
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Cəmiyyət 13:14
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
Cəmiyyət 13:11
Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol