• $
  • £

Cəbrayıl Hacıyev güləş üzrə dünya çempionu olub

Cəbrayıl Hacıyev güləş üzrə dünya çempionu olub
30.07.2019 23:15
Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

BAKU.WS-in məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan Hacıyev debütdə türkiyəli rəqibini çətinlik çəkmədən məğlub edib.

Ötən həftə Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Oyunlarının (EYOF) qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yaponiyalı güləşçini də yolundan kənarlaşdıran Hacıyev yarımfinala vəsiqə qazanıb.

Finalın bir addımlığında onun rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığma üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb. Hacıyev həlledici qarşılaşmada EYOF-un finalında məğlub etdiyi Rusiya idmançısı ilə qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geri düşən azərbaycanlı pəhləvan əzmkar qələbə qazanaraq dünya çempionu olub.

Digər sərbəst güləşçilərdən Cavid Cavadov (48 kq) bürünc medal uğrunda görüşdə hindistanlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.
Zirəddin Bayramov (55 k1) 1/4 finalda qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisi Muhammet Karavusa növbəti dəfə uduzaraq, çıxışlarını başa vurub.

Fərid Cabbarov (80 kq) ilk görüşdə amerikalı, Hamlet Nəsibli (110 kq) ukraynalı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.

Dünya çempionatı

48 kq
1/8 final. Cavid Cavadov - Dalqat Abdulkadırov (RUS) 6:3 (tuşe)
1/4 final. Cavid Cavadov - Kamronbek Kadamov (UZB) 4:8
Təsəlliverici görüş. Cavid Cavadov - Otqonbaatar Boldbaatar (MGL) 9:7
Bürünc medal görüşü. Cavid Cavadov - Udit Udit (İND) 2:11

55 kq
Təsnifat. Zirəddin Bayramov - İvan Xramika (BLR) 10:0
1/8 final. Zirəddin Bayramov - Simone Vinçentso Piroddu (İTA) 10:0
1/4 final. Zirəddin Bayramov - Muhammet Karavus (TUR) 2:4

65 kq
Təsnifat. Cəbrayıl Hacıyev - Mikayıl Topal (TUR) 11:5
1/8 final. Cəbrayıl Hacıyev - Əmir Hüseyn Rza Motaqi (İRİ) 4:3
1/4 final. Cəbrayıl Hacıyev - Ryosuke Kera (JPN) 6:4
1/2 final. Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) *7:7
FİNAL. Cəbrayıl Hacıyev - Batirbek Tsxovrebov (RUS) 6:4

80 kq
Təsnifat. Fərid Cabbarov - Klayton Edqar Ulrey (USA) 4:4*

110 kq
1/8 final. Hamlet Nəsibli - David Mçelidze (UKR) 0:2

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol