• $
  • £

İlham Əliyevin rektor təyin etdiyi Vilayət Vəliyev kimdir? – Dosye

İlham Əliyevin rektor təyin etdiyi Vilayət Vəliyev kimdir? – Dosye
31.07.2019 23:15
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, Vilayət Məmməd oğlu Vəliyev 1960-cı il martın 28-də anadan olub.
1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib, 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsindən təhsil alıb. 1985-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsilini davam etdirib.
1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, "Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alan Vilayət Vəliyev 1992-1994-cü illərdə ABŞ-da Unocal və Pennzoil şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb. 1994-cü ildə ABŞ-ın Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse prezidenti seçilib.
1995-1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil alan Vilayət Vəliyev 1999-cu ildə ABŞ-ın Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) "Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, "İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. Vilayət Vəliyev 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb.
1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi çalışaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlib.
2003-2011-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) "Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi” şöbəsinin müdiri işləyən Vilayət Vəliyev 2013-cü ildə "Ekonometriya, iqtisadi statistika” ixtisası üzrə professor elmi adını alıb.
2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışan Vilayət Vəliyev 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.
Vilayət Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.
Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Cəmiyyət 16:39
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq
Cəmiyyət 14:02
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq

Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq
Cəmiyyət 13:57
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Cəmiyyət 13:14
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
Cəmiyyət 13:11
Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol