• $
  • £

Bank Respublika Sabahın futbolçularını dəstəkləməyə davam edir

Bank Respublika Sabahın futbolçularını dəstəkləməyə davam edir
05.08.2019 11:13

 
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika” ilə Topaz Premyer Liqasında mübarizə aparan"Sabah” Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində "Bank Respublika” yazılan formalarda çıxış edəcəklər.

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən "Bank Respubika Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

"Biz inanırıq ki, "Sabah” FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin "Bank Respublika Arena” adlanması, Bankımızın  Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq", deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

"Azərbaycan futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il "Bank Respublika” ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion "Bank Respublika Arena” adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam doğruldub və  aramızdakı bağlar daha da möhkəmlənib. Fikrimcə, bu anlaşma "Bank Respublika” ilə əməkdaşlığımızda yeni səhifənin başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar”,  deyə "Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
İqtisadiyyat 16:20
Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:09
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
İqtisadiyyat 15:26
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 13:24
Azərbaycan iqtisadiyyatı böyüyüb
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb
İqtisadiyyat 11:53
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb

Sosial ödənişin hamısı sabah ödəniləcək
İqtisadiyyat 11:45
Sosial ödənişin hamısı sabah ödəniləcək
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
İqtisadiyyat 10:46
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq
İqtisadiyyat 09:41
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq

Azərbaycan neftinin qiyməti 95 dolları keçib
İqtisadiyyat 09:40
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol