Arif Kərimov reyderlıq naminə öz qohumlarını da bada verib?
Azərbaycana qarşı öz təxribatçı hərəkətləri ilə tanınan və hal-hazırda Rusiyada yaşayan qondarma "Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin” (FLMMM-nın) başçısı Arif Kərimovun Rusiya müəssisəsi olan "RU-Enerji Qrup”un ələ keçirilməsi cəhdində iştirak etməsi ehtimal olunur. Bu müəssisə Kərimovun qohumu Azad Babayevə məxsusdur. Məqsədinə nail olmaqdan ötrü Arif Kərimov heç nədən çəkinmədən qohumlarını da bada verir, Rusiyadaki və Azərbaycandaki fırıldaqçılarla da iş birliyinə girir, çirkin informasiya kampaniayalarına da əl atırdı.
Sözsüz ki, informasiya məkanında qalmaqallar yaratmaq asan iş deyil və bunun üçün Arif Kərimovun yüksək vəzifəli məmurlarla olan əlaqələrindən istifadə etdiyi ehtimal olunur. Məhz buna görə Kərimovlar Tümen vilayətinin güc strukturlarının keçmiş yüksək çinli məmuru Vadim Pyatiletova müraciət etmişdilər. Kərimov və onun oğulları Tokay və Tural özlərinə Azərbaycanda da, hal-hazırda istintaqa cəlb olunan, cinayət şərikini tapmışdılar.
2013-cü ilin yayında Arif Kərimov oğulları ilə birlikdə öz məkrli planını həyata keçirməyə başladı. Özləri üçün çox uğurlu məqam seçmişdilər – məhz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana edəcəyi rəsmi səfər ərəfəsini. Kərimovun hazırladığı məkrli plan iki strateji partnyor-ölkə arasında dinamik inkişafda olan münasibətlərə əngəl gətirməli idi.
Jurnalistlərin (https://bespredel.org/arif-kerimov-zakazal-rodnogo-plemyannika/) yazdıqları kimi, Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin (FLMMM-ın) başçısı olan Arif Kərimov öz arvadının doğma qardaşı olan Eldar Məmmədovu tutdurmağa müvəffəq olub. Daha sonra digər Rusiya vətəndaşları olan - FLMMM-ın başçısı Arif Kərimovun bacısı oğlu Cavid Babayevin və FLMMM-ın Moskva Regional Təşkilatının təsisçilərindən biri olan Tariel Sərkərovun həbsləri həyata keçirilib.
Biznesmen Azad Babayevin doğma qardaşı və Arif Kərimovun bacısı oğlu olan Cavid Babayev avqustun 6-sı valideynlərinə baş çəkmək məqsədiylə səfər etdiyi Bakıda tutulmuşdu. Tariel Sərkərov isə avqustun 9-u tutulmuşdu. Az sonra daha bir Rusiya vətəndaşı - həmçinin Arif Kərimovun qohumu – Ayaz Azaxov həbs edilmişdi.
Qeyd etmək vacibdir ki, Azərbaycanın istintaq orqanları tez bir zamanda vəziyyətin nədən ibarət olduğunu araşdırıb bütün tutulanları azad etmişdilər. Bu təxribatın iştirakçıları isə öz layiqli cəzalarını almışdılar.
Lakin təxribat nəticəsində həyata keçirilən həbslərdən yararlanaraq Arif Kərimov böyük qalmaqalın yaradılmasına cəhdlər etdi. O, baş verənləri az qala bütün ləzgi xalqına qarşı törədilən "repressiya” adlandırırdı. Bu minvalla Kərimov Moskva ilə Bakının arasında olan münasibətlərin inkişafına mane olmağa çalışırdı.
İndi, 6 il keçəndən sonra, Rusiya və Azərbaycan siyasətçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının vaxtında qarşısını almağa və neytrallaşdırmağa müvəffəq olduqları o zamanki təxribatın təfsilatları üzə çıxır.
Mənbənin məlumatına görə, zərbə Federal Ləzgi Milli-Mədəni Muxtariyyətin (FLMMM-ın) başçısı Arif Kərimovun təqdim etdiyi kimi ləzgilərə qarşı, və Rusiya-Azərbaycan əlaqələrinə qarşı yönəlməmişdi. Hədəf əslində həbs olunanların özləri deyil, Arif Kərimovun doğma bacısı oğlu - nəhəng "RU-Enerji Qrup” Neftservis Holdinqinin sahibi olan Azad Babayev idi.
Məlumdur ki, Babayev o vaxt Azərbaycana gəlməli idi, lakin tale elə gətirdi ki, gözlənilmədən yaranan vəziyyət onu, planlarını dəyişməyə və ölkəyə uçuşunu təxirə salmağa məcbur etdi. Beləliklə, Kərimovun incəliklə hazırladığı plan təhlükə altına qoyuldu, çünki Rusiya Prezidentinin Azərbaycana rəsmi səfərinə cəmi bir neçə gün qalmışdı. Məhz buna görə Azad Babayevin doğma qardaşının tutulmasına göstəriş verilmişdi. Digər fiqurantların tutulması isə sadəcə gözdən pərdə salmaq idi ki, əsl sifarışçıləri yarana bilən hər hansı şübhələrdən tam şəkildə yayındırsın.
Bundan başqa, Azərbaycan müstəntiqləri müəyyən edə bildilər ki, Cavid Babayevin maraqlarını Bakıda təmsil edən vəkil əslində Arif Kərimovun sifarişini həyata keçirirdi və məqsədi də verilən tapşırığa əsasən tutulanı müdafiə etmək deyil, əksinə onun işini daha da çətinə salmaq və cinayət işi ilə dolaşdırmaq idi.
İstintaqın məlumatına görə Arif və Tokay Kərimovlar Azad Babayevin biznesini əlindən almaq məqsədilə ilk günlərdən ona başqaların əli ilə hər vəchlə təsir etməyə, qorxutmağa, KİV-lərdə sifarişlı qarayaxmalarla onun biznesmen nüfuzuna xələl gətirməyə çalışırdılar.
Yada salmaq lazımdır ki, 2013-cü ildə Azad Babayevin milyard yarım dollar dəyərində olan "RU-Enerji Qrup” biznesi əsl "yağlı tikə” idi.
Beləliklə, "Azad Babayevin Azərbaycanda uzun müddətə həbsxanaya atılması” adlı xüsusi əməliyyat pozuldu. Lakin canilər digər yollarla və bir az gec olsa da öz məqsədlərinə nail ola bildilər. Kompaniyanı keçmiş top-menecerlərin qənaətinə görə (https://og.ru/business/2018/10/18/99812 ), reyderlıq (başqasının əmlakını zorla ələ keçirmək) əməliyyatı nəticəsində "RU-Enerji Qrup” başqaları tərəfindən zəbt olunmuşdu. Ehtimal edilir ki, bu reyder hücumu Rusiyadaki bir sıra yüksək vəzifəli "yardımçıların” dəstəyi və köməyi ilə həyata keçirilmişdi və həmin şəxslər hal-hazırda aparılan əməliyyat tədqiqatının hədəfindədir. Məhz buna görə onların adları hələ ki səsləndirilmir.
Kompaniyanın ələ keçirilməsi prosesi onun imicinin və ona rəhbərlik edən Azad Babayevin imicinin ləkələnməsi kampaniyası ilə, top-menecerlərə qarşı cinayət işlərinin qaldırılması ilə və kriminal aləmin açıq təhdidləri ilə müşayiət olunurdu. Bundan sonra, top-menecerlərin dediyinə görə, "RU-Enerji Qrup”un aktivlərin bir qismi və həmçinin kompaniyanın əmlakı saxta "birgünlük” firmalar vasitəsilə Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin (FLMMM-ın) başçısı olan Arif Kərimovun oğlu Tokay Kərimovun sahibi olduğu "Naftaqaz” kompaniyasının tərkibinə daxil olan "Naftaqaz-Qazma” (baş direktor İslam Nəzərəliyev) kompaniyasının sahibliyinə keçirildi.
Hal-hazırda istintaq orqanları kompaniyanın müflisləşmə səbəblərini araşdırırlar, və nəzərdən keçirilən versiyalardan biri məhz reyder zəbti göstərilir. Sabiq əməkdaşlar bu məsələyə dair öz şahid ifadələrini veriblər və reyder qrupuna qarşı cinayət işlərinin açılmasını gözləyirlər.
Bəs mətbuatda çoxdan "nəhəng Dələduz” adlandırılan Tokay Kərimovu və onun atası Arif Kərimovu hansı təhlükələr gözləyə bilər? Çox güman ki, onlar bu qədər məharətlə qurduqları əməliyyatı həyata keçirdiklərini zənn edib özlərini qanun qarşısında təmiz olduqlarını hesab edirlər. Lakin sosial şəbəkələrdə Tokay Kərimovun bütün əməllərinə, o cümlədən "Naftaqaz-Menecer” Səhmdar Cəmiyyət qrupunu və onun bütün törəmə strukturlarını müflişləşdirdiyinə görə, Arif Kərimovun isə reyder zəbtlərinin təşkilatçılığına görə - onların layiqli cəzalarını alacaqlarına ümid dolu şərhlərə rast gəlmək olar.
Bundan başqa, "RU-Enerji Qrup”un sabiq top-menecerlərinin sözlərinə görə, Tokay Kərimov və İslam Nəzərəliyev "RU-Enerji Qrup”un rəhbərliyini istintaqa "islaholunmaz fırıldaqçılar” kim təqdim edərək onlara bu yolla qurduqları həmin tələyə artıq özləri düşüblər. İş ondadır ki, "Naftaqaz-Qazma” və "Naftaqaz” kompaniyaları qabaqcadan hazırlanmış geniş miqyaslı müflisləşmənin astanasındadırlar. Yalnız "Naftaqaz-Qazma” kompaniyasının borcları dörd milyard dollardan artıqdır. Məhkəmələr podryadçılar, kreditorlar və vergi orqanları tərəfindən qaldırdıqları iddia ərizələrlə doludur. Bəzi mənbələrin fikrincə (https://bespredel.org/rukovodstvo-naftagaza-i-naftagaz-bureniya-delayut-vmzh-v-evrope/) həmin kompaniyaların sahibkarlarının və rəhbərliklərinin başlıca məqsədi qabaqcadan kompaniyaların bütün varidatını sovurub xaricə ötürmək, kompaniyaların özlərini müflisləşdirmək və sonra da xaricə qaçıb orada gizlənməkdir.
"Naftaqaz” kompaniyasnın sahibi Tokay Kərimov, onun qardaşı Tural Kərimov, onların atası Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin (FLMMM-ın) başçısı Arif Kərimov və, çox güman, "Naftaqaz-Qazma” kompaniyasının baş direktoru İslam Nəzərəliyev Avropada oturum üçün sənədlərini təqdim ediblər və artıq orada bir sıra hüquqi şəxslərin qeydiyyatına nail olublar.
KİV mənbələrin məlumatına görə, müşahidələr ona dəlalət edir ki, sözü gedən şəxslər eyni ilə daha bir neçə ləzgi biznesmenlərə qarşı reyder hücumları təşkil etmişdi. Həmçinin məlumdur ki, hüquq-mühafizə orqanları bu sözü gedən şəxslərin hərəkətlərini diqqətlə izləir. Və istisna deyil ki, tez bir zamanda biz bu əhvalatın davamını daha da təfsilatlı şəkildə eşidəcəyik, və məhz hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarından və məhkəmə zallarında keçirilən iclaslardan eşidəcəyik.
www.anews.az