• $
  • £

Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi

Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi
17.08.2019 16:39
Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi

Bakının Binəqədi rayonunda ev dustaqlığına məhkum edilmiş kişi öz keçmiş xanımının üzünə turşu atıb. Nəticədə, qadın hər iki gözündən kor olub.
Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
Cinayət 16 avqustda, axşam saatlarında, qeyd olunan rayonun Polis İdarəsinin 7-ci bölməsi ərazisində törədilib.

Ağır bədən xəsarəti yetirilən qadın Məmmədova Naibəxanım Vaqif qızıdır. Hələlik məlum olan budur ki, AR CM-nin 128-ci maddəsi ilə (sağlamlığa yüngül xəsarət yetirmə) ev dustaqlığına məhkum edilən keçmiş ər (adı istintaq maraqlarına uyğun olaraq açıqlanmır) öz övladlarını görməyə çalışıb, lakin qadın ona bu imkanı verməyib.
Qeyd etmək lazımdır ki, onun ev dustaqlığına ayağına taxılmış qolbaq vasitəsilə nəzarət edilib. Qolbaq qoyulan qadağa və məhdudiyyətlərə riayət olunması üçün nəzərdə tutulub.
Əldə edilmiş məlumata əsasən, cinayətkar ayağından qolbağı qoparıb və turşu əldə edərək, qisas niyyətilə keçmiş həyat yoldaşının yanına yollanıb. Cinayəti törətdikdən sonra o, hadisə yerindən uzaqlaşıb, zərərçəkən isə xəstəxanaya yerləşdirilib.
Hazırda Binəqədi RPİ əməkdaşları qaçmış məhbusun yaxalanması üzrə cinayət-axtarış tədbirləri keçirir. Fakt üzrə AR CM-nin 126-cı maddəsinə əsasən (sağlamlığa ağır xəsarətin yetirilməsi) cinayət işi açılıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti 2017-ci ildə Azərbaycanda cinayət-hüquq siyasətinin və qanunvericiliyin humanistləşdirilməsi çərçivəsində yaradılıb.
10 fevral 2017-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb. Bu sərəncam əsasında Probasiya Xidməti yaradılıb.
Probasiya institutunun tətbiqi məhkumların cəza müəssisələrindən xaric islah edilməsi üçün şərait yaradır, cəmiyyətdən təcrid olunmadan mövcud sosial əlaqələri qorumağa imkan verir.
Azadlıqları məhdudlaşdırılmış şəxslər elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır. Avropa ölkələrində elektron nəzarət vasitələrinin tətbiqi sahəsində keçirilən tədqiqatlar göstərir ki, barələrində bu vasitələrdən istifadə olunan məhkumların 91 faizi cəza şərtlərini pozmur, 94 faizi isə təkrar cinayət törətmirlər. Görünən odur ki, Bakı sakini bu 94 faizə daxil deyil. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Cəmiyyət 16:39
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq
Cəmiyyət 14:02
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq

Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq
Cəmiyyət 13:57
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Cəmiyyət 13:14
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
Cəmiyyət 13:11
Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol