• $
  • £

Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib

Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib
20.09.2019 23:00
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin sonunda təlimlərin və 2019-cu ilin doqquz ayının yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən cari ilin doqquz ayı ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə geniş məruzə ilə çıxış edib.

Nazir müavini bildirib ki, hesabat dövrü ərzində müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların və ön xətt bölmələrinin döyüş qabiliyyəti artıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. 

General-leytenant K.Vəliyev qeyd edib ki, Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə və hərbi-təhsil müəssisələrində, xüsusilə də ön xətt bölmələrində böyük həcmdə quruculuq, o cümlədən təmir-bərpa işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib,  şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılıb.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi kollegiya iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov yekun çıxışı edib. Öz çıxışında təlimlərin nəticələrini təhlil edən Müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər. Müdafiə naziri təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığının daha da təkmilləşdirildiyini və qərargahların öz vəzifələrini müvəffəqiyyətlə icra etdiyini qeyd edib. Komandanlığın qoşunları idarəetmə bacarığı və hərbi qulluqçuların döyüş əzmi Müdafiə naziri tərəfindən yüksək qiymətləndirilib.
General-polkovnik Z.Həsənov keçirilən genişmiqyaslı təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarına çatdırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Cəmiyyət 16:39
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol