• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

“Bakı 2015” Avropa Oyunlarının rəsmi saytı yeniləndi

“Bakı 2015” Avropa Oyunlarının rəsmi saytı yeniləndi
22.08.2014 13:32

“Bakı 2015” Avropa Oyunlarının rəsmi saytı yeni formatda istifadəçilərin istifadəsinə verilib. Təşkilat Komitəsindən qeyd edilib ki, təzə dizaynla əlvan görünüşə malik olan saytda Avropa Oyunları ilə bağlı bütün son xəbərlər yer alacaq:

 

 “Orada birinci Avropa Oyunları ilə əlaqədar bütün məlumatlar təzələnir. Siz Azərbaycanın bolluq və sağlamlıq rəmzi olan nar ağacını əks etdirən parlaq, təzə “Bakı 2015” brendini aşkar edəcəksiniz.   Ağac budaqları ilə çulğaşanlar Azərbaycan irsi və mədəniyyətinin rəmzləri ilə birlikdə müxtəlif idman növlərinin gözoxşayan qrafik təsvirləridir və onlar Avropa Oyunlarında nümayiş etdiriləcək.  Bütün idman növləri, atletlərin profilləri və “Bakı 2015” üçün hazırlıqlar haqqında müstəsna məlumatlar tezliklə bu saytda əksini tapacaq. Oyunların mahiyyətini başa düşməkdə sizə kömək etmək məqsədilə yarış ərzində yayımlanan idman növlərinin hər biri ilə bağlı təlimatları, faktları və rəqəmləri müfəssəl şəkildə açıqlayacağıq.  Daha çox sosial media mesajları da olacaq və onlarla tanış olmaq üçün “Facebook”, “Twitter” and “Google+”da olan səhifələrimizi izləyə bilərsiniz. Eyni zamanda bu hesablarda Azərbaycan və Avropanın idman azarkeşləri ilə söhbətə qoşula, söhbət edə bilərsiniz”.

 

Həmçinin qarşıdakı aylarda saytda biletlərin nə zaman və haradan əldə olunacağı ilə bağlı məlumatlar yerləşdiriləcək: “Birinci Avropa Oyunlarında yarışları canlı izləyə biləcəyiniz məkan haqqında da məlumatlar veriləcək.

 

Bundan başqa, saytın “Azərbaycan haqqında” bölməsində ölkəmiz, o cümlədən ilk Avropa oyunlarının məkanı olan Bakı haqqında zəngin məlumatlar yer alacaq.

 

 Qarşıdakı müddətdə saytda nəqliyyata dair əhəmiyyətli məsləhətlər və turistlər üçün tövsiyələr də əksini tapacaq. Bir sözlə, məqsədimiz sizə “Bakı 2015 Avropa Oyunları”na dair məlumatlarla tanışlıq üçün nadir imkan yaratmaqdır və biz 2015-ci il iyun ayının 12-də açılış mərasiminə qədər qalan günləri azalan istiqamətdə saymağı davam etdirdiyimizə görə gözəl şəkilləri və videomaterialları sizinlə paylaşacağıq”. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol