• $
  • £

Böyükağa Hacıyev: "Bakıda fərqli "Neftçi" görəcəksiniz"

Böyükağa Hacıyev: "Bakıda fərqli "Neftçi" görəcəksiniz"
28.05.2020 22:26
"Hər şeydən əvvəl sizləri təbrik edirəm. Amma bu cütün qalibinə avqustun 28-də aydınlıq gələcək".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la ilk oyunundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.Təcrübəli mütəxəssis Bakıda meydana fərqli "Neftçi"nin çıxacağını bildirib: "Bu görüşdə 2:0 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, məğlub olduq. Futboldur. Ötən gün mətbuat konfransında demişdim ki, maraqlı oyunun şahidi olacaqsınız. Bir oyunda 5 qolun vurulması matçın necə gərgin keçməsindən xəbər verir. Bir neçə oyunçumuzun olmaması müdafiədə boşluqlar yaratmışdı. Bir həftə sonra Bakıda meydana fərqli bir "Neftçi" çıxacaq. Səfərdə vurulan 2 qol bizim xeyrimizə işləyəcək. "Partizan" vəziyyətdən çıxış yolunu hökmən irəli atılmaqda görəcək. Biz də çalışacağıq ki, bundan maksimum yararlanaq".B.Hacıyev komandanın serbiyalı qapıçısı Saşa Stamenkoviçin səviyyəsindən aşağı çıxış etdiyini bildirib: "Saşa Stamenkoviç səviyyəsindən aşağı çıxış etdi. Ola bilsin, stadiondakı aura ona bir az mənfi təsir göstərdi. Ona görə avqustun 28-ini gözləyək. Həmin gün hər şeyə aydınlıq gələcək".Qeyd edək ki, "Neftçi" və "Partizan" komandaları arasında cavab qarşılaşması avqustun 28-də, Bakıda keçiriləcək. ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol