• $
  • £

Bakının ən bahalı villası bu milyarderə məxsus olacaq: 200 milyon dollarlıq layihə - FOTO

Bakının ən bahalı villası bu milyarderə məxsus olacaq: 200 milyon dollarlıq layihə - FOTO
30.09.2019 13:44
Azərbaycan əsilli Rusiyalı iş adamı, milyorder Fərhad Teymur oğlu Əhmədov Bakıda dəyəri milyonlarla ölçülən villa inşa etdirir.

Sfera.az-ın əldə etdiyi məlumata görə, Bilgəh-Nardaran yolunun üzərində yerləşən dəbdəbəli tikilinin inşaasında böyük memarlar komandası iştirak edir. Təxminən 200 milyon dollar civarında xərc qoyulan tikili özündə Şərq və Qərb memarlıq üslublarını birləşdirir.

Məlumata görə, Fərhad Əhmədov bu tikilinin tarixdə qalması üçün bütün imkanlarını səfərbər edib. Dünyanın 7 möcüzəsinin kompazisiyaları əsasında inşa edilən nəhəng binanın yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.

Xatırladaq ki, Fərhad Əhmədov15 sentyabr 1955-ci ildə Göyçay rayonunda anadan olub. 15 yaşında Moskvaya gələrək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirən həmyerlimiz sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini bitirib.

1987-ci ildə "Tansley Trading" şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb. Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ideoloqu kimi çıxış edərək, bu layihəyə "Amoso Eurasia" və "McDermott" kimi nəhəng şirkətləri cəlb edir.

993-cü ildə "Transley Tradinq"in adı dəyişdirilərək "Farko Qrup" olur. Elə həmin ildən etibarən F.Əhmədov "Nortqaz" şirkətinin Direktorlar şurasının üzvü olur. 1999-2004-cü illər arasında isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayıb. 2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra "Nortqaz"ın prezidenti vəzifəsindən könüllü istefa verib.

F. Əhmədov Rusiya parlamentinin milyardçı deputatları arasında 1,4 milyard dollar gəlirlə 7-ci yerdə qərarlaşıb. Ailəlidir, üç uşağı var.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Cəmiyyət 16:39
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol