"102" xidməti necə işləməlidir? - ŞİKAYƏT

Bu günlərdə
saytımızda Bakıda qadının
yoldaşı tərəfindən dəhşətli işgəncələrə məruz qalması ilə bağlı xəbər vermişdik.

Belə ki, öncədən də qadının şikayəti ərizəsini araşdırmış Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin müstəntiqi Qüdrət Əliyevlə əlaqə saxladıq. Hadisə ilə bağlı məlumat verdik. Hadisənin baş verdiyi ünvanı da ötürdük. Lakin biraz keçdikdən sonra bizə bildirdi ki, hadisə yerinə göndərilən npost patrul xidmətinin əməkdaşları ünvanı tapa bilmir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıllı deyir ki, bu hallarla o özü
də qarşılaşıb. Onun sözlərinə görə, 102 xidmətinə düşmək şətin olduğu kimi , onların şikayətə adekvat reaksiyaları da ürəkaçan deyil.

"Həqiqətən də bu problem var və ciddidir. Mən də bir neçə dəfə qarşılaşmışam və şikayətə baxmayıblar. Amerikada özüm şahid olduğum bir hadisədir: bir nəfər polisə zəng etmişdi, amma danışa bilməmişdi. Təkcə polis yox, yanğınsöndürənlər və təcili tibbi yardım da siqnal gələn ünvana qaçmışdı ki, bəlkə lazım olar. Ancaq bizdə bunun əksini görürük. Ancaq bütün hallarda Daxili İşlər Nazirliyinə yeni rəhbərlik gəlib və ümid edirəm ki, bu problemi tezliklə aradan qaldıracaqlar. Çünki bu, çox ciddi məsələdir”, - deyə ekspert İlham İsmayıllı bildirib.
Daxili İşlər Naziriliyindən məsələ ilə bağlı münasibət almaq istəsək də, nazirlikdən bu mövzunu şərh etmək istəmədilər.
Həzi
www.anews.az
Anews.az-a danışan şikayətçi xanım hətta bir dəfə işə polisin də qarışdığını bildirmişdi. Demişdi ki, yoldaşını polislər
saxlayıblar. Lakin sonradan xəbərdarlıq edib, iltizam alıb buraxıblar. Ondan
sonra da işgəncələr davam edib.
Xəbəri yayanda lazımı dövlət qurumlarının işə həssas yanaşacağını düşünürdük, lakin oktyabrın 1-i qadının azyaşlı qızı redaksiyamıza həyəcanla zəng edərək, anasının yenidən şiddətə məruz qaldığını bildirdi. Məsələ ilə bağlı məlumat vermək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdik. Öncə avtocavabverici hara zəng etdiyimizi 20-30 saniyə ərzində 3 dildə izah etdi. Daha sonra, sırada 14-cü olduğumuzu bildirdi. Bir neçə dəqiqə gözlədikdən sonra, bu zəngin mənasız olduğunu anladıq və alternativ yollardan istifadə etdik.

Belə ki, öncədən də qadının şikayəti ərizəsini araşdırmış Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin müstəntiqi Qüdrət Əliyevlə əlaqə saxladıq. Hadisə ilə bağlı məlumat verdik. Hadisənin baş verdiyi ünvanı da ötürdük. Lakin biraz keçdikdən sonra bizə bildirdi ki, hadisə yerinə göndərilən npost patrul xidmətinin əməkdaşları ünvanı tapa bilmir.
Daxili İşlər Nazirli strateji nazirlikdir, gün ərzində minlərlə insan müxtəlif
səbəblərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edir, zənglərin əksəriyyəti ciddi və təcili
məsələlərlə bağlı olur, bir
hissəsi ölümlə-yaşamın arasında son ümid kimi 102 qaynar xətt xidmətinə zəng
edir, lakin, ora da düşmək demək olar ki, mümkünsüz olur. Əgər
kimsə sənin evinə hücum çəkib səni öldürmək istəyirsə
və sən təcili 102 qaynar xətt xidmətinə zəng edir və sirada 14-cü olursansa bu xidmətin nə məqsədlə yaradıldığı sual doğurur. Sıra çatana qədər şikayətçi nə etməli, ona hücum çəkən cinayətkardan gözləməyi və onu öldürməməyi xahiş etməlidirmi?

Oxşar xəbərlər
Oxşar xəbərlər