• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Ermənistan arasında müharibə artıq başa çatıb, biz dialoq mərhələsindəyik - Hacıyev

Azərbaycanla Ermənistan arasında müharibə artıq başa çatıb, biz dialoq mərhələsindəyik - Hacıyev
08.07.2025 08:44

Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb və regionda yeni, hüquqa əsaslanan status-kvo formalaşıb. Bu barədə o, Slovakiyanın Hospodárske noviny qəzetinə müsahibəsində danışıb. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib.

“İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycanla Ermənistan arasında artıq sülh var. Müharibə bitib. Sərhədlərimizə baxanda hər yerdə sakitlik və sabitlik görürsünüz. Deyərdim ki, bölgədə yeni bir status-kvo yaranıb — bu da hüquq və legitimlik üzərində qurulub. Təəssüf ki, əvvəlki status-kvo Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsinə əsaslanırdı. Lakin biz artıq bu mərhələni arxada qoymuşuq və gələcəyə baxırıq,” — Hacıyev bildirib.

Onun sözlərinə görə, tərəflər artıq sülh sazişinin mətni üzrə razılığa gəliblər.

 “Yalnız son addım qalır. Biz gözləyirik ki, Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddələr dəyişdirilsin”, - Hacıyev deyib.

O əlavə edib ki, tərəflər arasında birbaşa və vasitəçisiz dialoq mövcuddur.

“Biz Ermənistanla açıq danışırıq. Gündəliyimizdə olduqca mühüm məsələlər var. Ən önəmlisi isə budur ki, hərbi qarşıdurma elementləri artıq tamamilə gündəlikdən çıxarılıb.”

O bildirib ki, müəyyən fikir ayrılıqları qalır.

 “Amma qonşu ölkələr arasında fikir ayrılıqları bəzən tamamilə normaldır. Avropa İttifaqına üzv bəzi ölkələr arasında da belə hallar olur. Əsas məsələ budur ki, bu fikir ayrılıqlarını diplomatiya və dialoq yolu ilə həll edirik. Biz münasibətləri hərbi qarşıdurmadan müzakirəyə keçirə bildik. Bu, çox müsbət siqnaldır”, - o bildirib.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol