• $
  • £

Vilayət Eyvazov əsgər və hərbi qulluqçularla görüşdü - FOTO

Vilayət Eyvazov əsgər və hərbi qulluqçularla görüşdü - FOTO
07.10.2019 17:17
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 5-də DİN-in Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində olub.

Anews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılanma mərasimindən sonra hərbi hissənin qərargahında "Şərəf kitabını” imzalayan nazir əsgər və hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olub.

Sonra sıra meydanında əsgər və hərbi qulluqçular qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov yaxın tariximizə qısa ekskurs edərək müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, ulu öndərin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib.

Ölkə Prezidenti cənab İlham Əliyevin respublika Daxili İşlər Nazirliyinin və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində müstəsna rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulayan nazir, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirildiyini, məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi, onun öncül qurumlarından olan Daxili Qoşunların müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğunu, şəxsi heyətin iş, eləcə də sosial-məişət şəraitinin ilbəil daha da yaxşılaşdığını bildirib.

Nazir onu da qeyd edib ki, bu gün ölkəmizdə demokratik prinsiplər əsasında insan hüquqlarının təmin olunması, qorunub-saxlanılması istiqamətində mühüm işlər görülür. Vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkə rəhbərliyinin dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi qarşısında qoyduğu konkret vəzifələrə uyğun olaraq, müvafiq qərarlar verilir, Nazirliyin rəhbərliyi tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşlar qəbul edilir, onların hər bir müraciəti üzrə lazımi tədbirlər görülür, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapır.

Şəxsi heyətə tapşırıq və tövsiyələrini verən nazir Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının əməkdaşları, o cümlədən Daxili Qoşunların hərbi qulluqçuları göstərilən ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidməti ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Sonda hərbi hissənin əsgər və hərbi qulluqçuları təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət 13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir
Siyasət 13:21
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir

"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Siyasət 10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Hikmət Hacıyev: Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək
Siyasət 09:56
Hikmət Hacıyev: Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək
İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı
Siyasət 00:03
İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Siyasət 22:27
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol