• $
  • £

“Qarabağda müharibənin yenidən başlanması heç vaxt bu qədər yaxın olmayıb”

“Qarabağda müharibənin yenidən başlanması heç vaxt bu qədər yaxın olmayıb”
10.10.2019 19:08
Dağlıq Qarabağ münaqişəsinə dair hazırda dayanmış danışıqlar prosesi ətrafındakı vəziyyət o cümlədən Ermənistanın ekspert və siyasi çevrələrində ciddi müzakirə olunur.

Bizimyol.info xəbər verir ki, həmin çevrələrdə müharibə xofu getdikcə artır. Hesab edirlər ki, Qarabağda irimiqyaslı müharibə heç vaxt bu qədər yaxın olmamışdı. Çünki danışıqların dayandığını hər iki tərəf təsdiq edir, vasitəçilər də bunu təsdiqləyir. İndi nəinki danışıqlar, heç danışıqların imitasiyası da yoxdur.
Erməni politoloq Yervand Bozoyan yaranmış situasiyanı kifayət qədər təhlükəli sayır. "Son 20 ildə vəziyyət heç vaxt indiki kimi pis olmamışdı. Biz hamımız dərk edirik ki, danışıqlar ciddi uğur gətirmir, amma detalların müzakirəsi, tərəflərin mövqelərinin təqdim edilməsi, fikir mübadiləsi və mümkün nizamlama sxemlərinin hazırlanması üçün vacib idi”,-o "Sputnik Armenia” agentliyinə açıqlamasında deyir.
 
 

Bozoyanın fikrincə, bu gün erməni cəmiyyəti münaqişənin həllinə hazır deyil, amma müharibə də istəmir.
Ekspert danışıqlar prosesinin dayandırılmasında Ermənistan hakimiyyətinin rolunu təsdiq edib. Bildirib ki, baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə” bəyanatını və Azərbaycan prezidenti İlham Əliyevin ona cavab olaraq Soçidə "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını standart hesab etmək olmaz. Onun sözlərinə görə, indi Paşinyan beynəlxalq ictimaiyyəti əmin etməyə çalışır ki, həmin bəyanat daxili auditoriyaya hesablanmışdı.
Bozoyan hesab edir ki, danışıqlar prosesinin dayandırılması Bakıya hərbi əməliyyatlara başlamaq üçün mənəvi hüquq qazandıra bilər. Çünki hərbi əməliyyatlara başlamaq üçün təkcə hərbi üstünlüyün olması kifayət deyil, bunun üçün beynəlxalq ictimaiyyətin neytral qalması da vacibdir.
Ekspert əlavə edir ki, Ermənistan hakimiyyəti daxili auditoriyaya ünvanlanmış bəyanatlar verməli deyil, çünki belə bəyanatlar xarici siyasətə zərbə vurur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Cəmiyyət 16:39
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol