• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Ukraynada öldürülən azərbaycanlı tələbə ilə bağlı ŞOK təfərrüat: Bu məşhurun nəvəsi imiş - FOTO

Ukraynada öldürülən azərbaycanlı tələbə ilə bağlı ŞOK təfərrüat: Bu məşhurun nəvəsi imiş - FOTO
11.10.2019 11:22
23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev bir neçə gün əvvəl  Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirilib. O, İqtisad Universitetində magistr təhsili alırmış.
Anews.az bildirir ki, Modern.az saytı qətlə yetirilən tələbənin ailəsi barədə məlumat əldə edib.
Belə ki,  Ukraynada öldürülən azərbaycanlı tələbənin anası Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır. Babası da tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevdir. 82 yaşlı Telman Hacıyevin hazırda sağ olduğu və Bakıda yaşadığı məlumdur.
 
Qeyd edək ki, Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir. Məlumata görə, qətlə yetirilən gəncin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı qeyd olunur. Onun ad-soyadı hələ açıqlanmayıb.
 
Hadisə ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub:

"Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü". 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Mədəniyyət 05:59
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Mədəniyyət 14:15
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Mədəniyyət 16:59
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Mədəniyyət 22:07
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Avropa Birliyi  “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal  - YENİLƏNİB
Mədəniyyət 16:09
Avropa Birliyi “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal - YENİLƏNİB
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
Mədəniyyət 08:09
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Mədəniyyət 12:18
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol