• $
  • £

Ərdoğan: "Geri addım atmayacağıq"

Ərdoğan:
11.10.2019 23:46
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 3-cü Parlament Rəhbərləri Konfransının açılışında çıxış edib.

Ərdoğan "Sülh Çemşəsi Hərəkatı”ndan danışıb. O bildirib ki, geri addım atmayacaqlar:
"911 kilometr sərhədimiz olan və Suriya rejiminin belə qəbul etmədiyi YPG/PYD-yə qarşı atdığımız addımı qətiyyən dayandırmaycağıq. Kim nə deyirsə-desin, geri addım atmayacağıq. Terror yüz illiyin bəlasıdır. Bir çox problem terror qəlibi altında gizlənib. Türkiyə 35 ildir terrorla mübarizə aparır. Problemi mənbəyində həll etmək qərarı aldıq. Şimali İraq və Suriyada keçirdiyimiz əməliyyatlar əsla bu ölkələrin ərazi bütövlüyü və suverenlik haqlarını hədəfə almır.
Fəratın şərqini olduğu kimi, qərbini də terrorçulardan təmizləyib sərhədlərimizin təhlükəsizliyini təmin edəcək, suriyalıların öz evlərinə rahatlıqla qayıtmalarına şərait yaradacağıq. Yeganə məqsədimiz terrorçuları yox etməkdir.
Bütün dostlarımızdan bu əməliyyat üçün dəstək gözləyirik. Biz kürdlərlə deyil, terror təşkilatları ilə mübarizə aparırıq.
Biz Suriyaya onu parçalamağa, bölməyə deyil, orada yaşayanların hüquqlarını qorumaq üçün getmişik.
Bizə sağdan-soldan əməliyyatları dayandırmağımız üçün təhdidlər edilir. Cənab Donald Trampa da, digərlərinə də əvvəlcədən dmeişdim ki, terrorçuları dayandırın, bacarırsınızsa. Amma eləmədilər. İndi də öz göbəyimizi özümüz kəsirik, geri addım atmayacağıq”. (Qafqazinfo.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir

“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
Dünya 12:43
“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Dünya 12:24
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü
Dünya 12:03
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü

Zelenski sabah Parisdə Makronla görüşəcək
Dünya 11:33
Zelenski sabah Parisdə Makronla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol