• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Trampın təhdidinə Ankaradan tarixi cavab

Trampın təhdidinə Ankaradan tarixi cavab
13.10.2019 12:12
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın "Türkiyə və kürdlər arasında vasitəçilik edə bilərik” sözlərinə cavab verib.


 Mövlud Çavuşoğlu

"Deutsche Welle” nəşrinə müsahibə verən Çavuşoğlu Ankaranın terrorçularla danışıqlar aparmayacağını bildirib.
"Biz terrorçularla vasitəçilik etmərik, müzakirələr aparmarıq. Ediləcək tək şey var: terrorçuların silahı buraxması. Biz keçmişdə Türkiyədə siyasi həlli sınadıq və nəyin baş verdiyini gördük. Onlar silahı buraxmadılar və yumşaqlığımızdan çox ciddi şəkildə sui-istifadə edərək şəhərlərdə nələr etdiklərini gördük”, - o deyib.
ABŞ-ın sanksiya təhdidindən danışan Çavuşoğlu vurğulayıb ki, bununla heç bir yerə çatmaq mümkün deyil.
"Sanksiyalardan qorxsaydıq, bu hərəkatı başlatmazdık. Milli təhlükəsizlik məsələsi bizim üçün həyati dərəcədə əhəmiyyətlidir”, - türkiyəli nazir qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh çeşməsi” əməliyyati ilə əlaqədar təhdid xarakterli açıqlama vermiş, ABŞ qarşısında üç variantın olduğunu bildirmişdi.
"İndi Türkiyə kürdlərə hücum edir, bu ikili 200 ildir bir-biri ilə döyüşür. İndi bizim üç variantımız var: Ya ora əsgər göndərəcəyik və hərbi olaraq qazanacağıq, ya Türkiyəni maliyyə olaraq və sanksiyalarla sərt bir şəkildə vuracağıq, ya da Türkiyə və kürdlər arasında bir razılaşma üçün vasitəçilik edəcəyik!”, - Tramp tvitterdə yazmışdı. (Publika.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Dünya 20:45
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Antonio Quterreş Türkiyədə səfərdədir
Dünya 19:57
Antonio Quterreş Türkiyədə səfərdədir
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir

“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
Dünya 12:43
“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Dünya 12:24
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol