Azərbaycan Beynəlxalq Bankı yeni kart məhsulu olan Tamkartı təqdim etdi!

Azərbaycan
Beynəlxalq Bankı müştərilərin arzularını tamamlayan çoxfunksiyalı Tamkart məhsulunu
təqdim edib. Oktyabrın 10-da "Fairmont Baku” otelində bank menecmentinin, tərəfdaşların,
müştərilərin, media nümayəndələrinin iştirakı ilə Tamkartın təqdimat mərasimi
baş tutub. Təqdimat mərasimində məhsulun üstün xüsusiyyətləri barədə məlumat
verilib.
Tamkartın
əsas özəlliyi onun özündə eyni anda iki kartı - debet və kredit kartlarını birləşdirən dual
kart olmasıdır. Tamkart sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində
əməkdaşlıq edən bütün məkanlarda istədiyi məhsulun qiymətini bərabər hissələrə bölərək,
18 ayadək müddətə taksitlə ödəyə bilər. Digər istənilən növ əməliyyatlar zamanı
isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart
üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.
Tamkart
haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək
olar. Tamkart əldə etmək istəyən müştərilər 15 oktyabr tarixindən etibarən Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrinə müraciət
edə bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az