• $
  • £

Azər Axşam: Oturan yerdə məni niyə belə bəlaya saldılar? - MÜSAHİBƏ

Azər Axşam: Oturan yerdə məni niyə belə bəlaya saldılar? - MÜSAHİBƏ
14.10.2019 16:42
Tanınmış teleaparıcı və aktyor Azər Axşamın həyat yoldaşının Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi ilə bağlı yayılan xəbər gündəm mövzusudur.

Azər Axşam bu məsələ ilə bağlı AXZXEBER.COM-a müsahibə verib. 

- Dünən "facebook" sosial şəbəkəsində həyat yoldaşınızın adından Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən status yazılıb...

 - Birmənalı şəkildə, sizin sayt vasitəsilə hamıya çatdırmaq istəyirəm ki, bu profilin sahibi mənim həyat yoldaşım deyil. Xanımımın adı ilə hansısa şərəfsiz və mənsəbi bəlli olmayan bir şəxsiyyətsiz bu cür əməllər edir. Düşünün, bir Azərbaycan anası vətən uğrunda həlak olan, Milli qəhrəman haqda bu cür çirkin sözlər yazar?  

Bu, iftiradır və bizə qarşı yönəlmiş cinayətdir. Kimsə bizim ailəmizi el içində rüsvay edib, gözdən salmaq istəyir. Bunları mənim və ailəmizim düşməni edə bilər. İnanın düşdüyümüz bu situasiya bizi çox üzür. Bilmirəm, çarəni haradan tapaq? Bizə maraqlısı odur ki, linkdə palkovnik Məmmədov yazılıb. Onun haqda məlumatda yazıb ki, incəsənət akademiyasında çalışır, halbuki həyat yoldaşım incəsənət sahəsindən uzaqdır. Birmənalı şəkildə deyirəm ki, o profil mənim həyat yoldaşıma aid deyil. 

- Bəs həmin şəxsi tapmaq üçün hər hansı addım atmısız?


- Bu hadisə ilk dəfə deyil, dəfələrlə belə profillər açılıb. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət etmişəm. Onlarda işi kiber cinayətkarlıq bölməsinə yönəltdilər, mən də ərizəmi yazdım. Dedilər ki, tapa bilmirik, ya internet klubdan ediblər, da ya da hansısa xarici ölkədən. Bu hadisə ilk dəfə deyil mənim başıma gəlir. Bundan əvvəl də qayınanamın adına "instagram"da profil açmışdılar. Kim edir, niyə edir, anlamıram.

- Sizcə sizinlə düşmənçilik edən kimdir? 

- Mənim bu həyatda düşmənim yoxdur. Nə şou aləmində, nə qonşuluqda, nə də qohumluqda düşmən olduğum adam yoxdur. Üzümə gülənlərdən və gülməyənlərə kimi hamıdan şübhələnə bilərik. Bir yolu var ki, tapılsın bizdə bilək bu adam kim imiş.

- Keçmiş həyat yoldaşınız tərəfindən ola bilərmi?
 
- Biz neçə ildir ki, ayrılmışıq. Onunla evlilikdən bir oğlumuz da var. İnanmıram ki, o etsin. Əgər edən idisə, bu neçə ildə edərdi. Həm də ki, bunu etməklə onun əlinə nə keçəcək? Daha da əksinə münasibətlərimizi korlaya bilər.”

- Ümumiyətlə həmin xanımla münasibətiniz necədir?

- Normaldı, danışırıq. Münasibətimiz var.

- Bəs bu hadisəyə ətrafınız necə reaksiya verdi?


- Bunu etmək üçün gərək erməni olasan. Mübariz İbrahimovu heç bir azərbaycanlı təhqir edə bilməz, o bizim qürurumuzdu, fəxrimizdi. Hamı mənə zəng edir ki, bu nə məsələdir? Mən də onlara başa salırm. Heç kim inanmır ki, həyat yoldaşım belə şey etsin. Nəinki həyat yoldaşım, bunu heç bir azərbaycanlı etməz.

- Xəbər yayılıb ki, bu hadisədən sonra sizi öldürmək istəyirlər..
 
- Belə xəbəri yazan bir maraqlansın, sonra yazsın. Reytinq xatirinə niyə belə edirlər? Məni niyə öldürürlər ki? Nə etmişəm mən? Mən də onlar kimi bu hərəkəti edəni axtarıram. 

- Həyat yoldaşınız bu hadisədən sonra özünü necə hiss edir?


- Həyat yoldaşım bu hadisədən sonra şokdadır. O ümumiyyətlə "facebook" istifadəcisi deyil. "İnstagram"ı da ancaq geyim mağazalarını izləmək üçün açıb. Qohumlar da yığıb soruşur bu nədir? Oturan yerdə məni niyə bəlaya salırlar bilmirəm.
 
- Son olaraq nə demək istərdiz?

- İstərdim ki, bütün jurnalistlər sizin kimi olsun. Zəng edib, açıqlama alsınlar. Biri yazıb ki, Azər Axşamı öldürdülər, o biri deyir arvadı təhqir etdi. Belə şeylər etməsinlər. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Mədəniyyət 18:06
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Mədəniyyət 10:39
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Mədəniyyət 14:29
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO
Mədəniyyət 14:27
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Mədəniyyət 10:55
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
Mədəniyyət 10:53
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Mədəniyyət 04:16
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Mədəniyyət 11:18
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Mədəniyyət 10:51
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol