Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.