• $
  • €
  • ₽
  • ₺
  • £

Kuba yenidən işıqsız qalıb

Kuba yenidən işıqsız qalıb
19.09.2026 08:45

Kubada elektrik enerjisi sistemi tamamilə çöküb və ölkə üzrə elektrik enerjisinin verilişi dayandırılıb.Bu barədə Kubanın Energetika və Mədən Sənayesi Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Elektrik enerjisi sistemi tamamilə çöküb. Hazırda bərpa protokollarının işə salınmasına başlanılır”, – nazirliyin açıqlamasında bildirilib.

Nazirlik daha sonra qazla işləyən üç generator qurğusunun elektrik enerjisi sisteminə qoşulduğunu açıqlayıb.

“Milli elektrik enerjisi sisteminin bərpası prosesi davam edir”, – məlumatda qeyd olunub.

Kuba Elektrikçilər Həmkarlar İttifaqı isə “Facebook”da yaydığı açıqlamada nasazlığın Matansas–Syenfueqos istiqamətindəki 220 kilovoltluq elektrik verilişi xəttinin sıradan çıxması nəticəsində baş verdiyini bildirib. İttifaqın məlumatına görə, həmin ərazidə hava şəraiti qeyri-sabit olub.

Kubada bundan əvvəl elektrik enerjisinin tamamilə kəsilməsi avqustun 3-də baş verib.

Yerli “CiberCuba” portalının hesablamalarına görə, sonuncu hadisə 2026-cı ilin əvvəlindən ölkənin enerji sistemində baş verən səkkizinci tammiqyaslı çökmədir. Onlardan ikisi martda, üçü iyulda, ikisi isə avqustda qeydə alınıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol