• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan ŞOK AÇIQLAMA

Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan ŞOK AÇIQLAMA
16.10.2019 11:19
Separatçı DQR-in "Milli Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyan yenidən səs-küyə səbəb olan açıqlama verib.

Axeber.az  Virtualaz.org-a istinadən  xəbər verir ki, işğal altındakı Xankəndində keçirilən mətbuat konfransında Vitali Balasanyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın vaxtilə türütdüyü siyasəti yürüdür. Balasanyanın fikrincə, Paşinyan siyasətinin mahiyyəti Qarabağa Azərbaycanın daxilində muxtariyyət verilməsidir.

"Sputnik Ermənistan”ın yazdığına görə, o, həmçinin mətbuat konfransında olanları inandırıb ki, MDB başçılarının Düşənbədəki sammitinin kuluarlarında liftdə Nikol Paşinyan və İlham Əliyevin nə barədə danışdıqlarını bilir.

"Bizim öz mənbələrimiz var. Baş nazirin kimlə görüşdüyünü bilirik, lift diplomatiyasından xəbərdarıq. Ancaq bütün bunlar barədə sadə bir səbəbdən danışmadıq. Biz baş nazirin Əliyevlə nə barədə danışdıqlarını təqdim etməsini gözlədik", - deyə separatçı vurğulayıb.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Düşənbədə Müstəqil Dövlətlər Birliyinin zirvə toplantısı keçirilib, həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak ediblər. O vaxt televiziya kameraları İlham Əliyevlə Nikol Paşinyanın eyni liftdə birlikdə qalxdıqları anı qeydə almışdılar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol