• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Bakı Metropoliteni” fransızlara həvalə olundu

“Bakı Metropoliteni” fransızlara həvalə olundu
19.08.2014 14:30
Yeni stansiyalarda yeniliklər olacaq.“Bakı Metropoliteni” QSC Fransanın “THALES SA” şirkəti ilə müqavilə imzalayıb.“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-Economics-ə verilən məlumata görə, imzalanan müqaviləyə əsasən Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub.İlkin mərhələdə alınacaq avadanlıqlar “Bakı Metropoliteni”nin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi-2” (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək.Müqavilədə müasir tələblərə cavab verən, dünya miqyaslı qabaqcıl texnologiyalardan olan idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatı və sair məsələlər öz əksini tapıb.Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan amilinin minimuma endirilməsi nəzərdə tutulub.Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb. “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləri ilə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol