• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Əli Həsənovla Hacıbala Abutalıbov niyə işdən çıxarılıb?

Əli Həsənovla Hacıbala Abutalıbov niyə işdən çıxarılıb?
21.10.2019 21:27
Baş nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovun tutduqları vəzifədən azad ediləcəkləri barədə "Yeni Sabah”ın oktyabrın 9-da yaydığı məlumat təsdiqini tapıb. 

Bu gün Prezident İlham Əliyevin  sərəncamı ilə hər iki məmur işdən çıxarılıb. Rəsmi məlumata görə, onlar öz ərizələri ilə postlarından istefa veriblər. 


"Yeni Sabah” yazmışdı ki,  Əli Əsədovun Baş nazir təyin olunmasından sonra Nazirlər Kabinetdində kadr dəyişikliklərinə başlanılacaq və ilk olaraq Əli Həsənovla Hacıbala Abutalıbov vəzifələrini itirəcək.


Əli Həsənov 21 il idi ki, Baş nazirin müavini vəzifəsində çalışır. O, ictimaiyyətdə mənfi reputasiyaya malik məmur kimi tanınırdı. Buna səbəb Əli Həsənovun həm də Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri kimi fəaliyyəti olub. Komitəyə rəhbrəlik etdiyi dönəmdə onun fəaliyyətindəki neqativ hallar barədə mediada vaxtaşırı məlumatlar dərc edilib. 


Nəvəsinin törətdiyi avtoqəza isə Əli Həsənovu ictimai rəydə daha da nüfuzdan salıb. "Qaçqınkom”un sədri olan bir şəxsin nəvəsinin milyonluq maşınları və dəbdəbəli həyatı onun ictimaiyyətdə qıcıq doğurub. Hətta bu hadisədən bir müddət sonra Əli Həsənovun komitə sədri kimi fəaliyyətinə son qoyulub. Bununla belə, o, hər dəfə hansısa məsələ barədə danışarkən nəvəsi ilə bağlı qalmaqal gündəmə gətirlib və hakimiyyət üçün başağrısına çevrilib. Ona görə də Əli Həsənovun bu vəzifəsindən də azad ediləcəyi gözlənilən idi. 


Hacıbala Abutalıbova gəlincə, o, Baş nazirin müavini kimi 1 illik fəaliyyəti dövründə heç nə ilə yadda qalmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olanda daha çox gündəmdə olan Hacıbala Abutalıbov Nazirlər Kabinetinə təyinat aldıqdan sonra kölgəyə çəkilib. 


Qalmaqallı persona olsa da, bu bir ili sükutla yola verib. O, son bir il ərzində yalnız yaşlı məmurlar kateqoriyasına aid olduğuna görə ara-sıra yada salınıb. Yəni hər dəfə kadr islahatları gündəmə gələndə ilk növbədə yaşlı məmurların işdən çıxarılması ilə bağlı fikirlər səsləndirilib ki, bu sırada Hacıbala Abutalıbovun da adı çəkilib.






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol