• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Ermənistandan avtomobil alan qazaxların sayı sürətlə artır - TƏFƏRRÜAT + FOTOFAKT

Ermənistandan avtomobil alan qazaxların sayı sürətlə artır - TƏFƏRRÜAT + FOTOFAKT
22.10.2019 15:21
Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlardan belə görünür ki, son zamanlar Dağıstan və Qazaxıstanda Ermənistan dövlət nömrə nişanı olan avtomobillərin sayı sürətlə artmaqdadır.

Yeniavaz.com xəbər verir ki, bu artım Dağıstan və Qazaxıstanın müvafiq strukturlarını da narahat etməyə başlayıb.
Xatırlayırsınızsa, bu yaxınlarda Nur-Sultan şəhərində yol polisi idarəsində alay komandiri vəzifəsində işləyən Bauırjan Xantemirovun tabeliyindəki işçilərə üzərində Ermənistan dövlət nömrə nişanı olan avtomobillərin yoxlanılması barədə qanunsuz tapşırıq verdiyi barədə səs yazısı yayılmışdır. Yayılan səs yazısından alay komandiri işçilərə göstəriş verir ki, üzərində Ermənistan dövlət nömrə nişanı olan bütün avtomobillər qayda pozmasalar belə yoxlanılsın və ona məruzə edilsin. Yayılan səs yazısından sonra Bauırjan Xantemirov tutduğu vəzifədən azad olunub və Ermənistanın Qazaxıstandakı səfiri Qaqik Qaleçyana izahat verilib ki, bu yoxlama ermənilərlə bağlı deyil. Qazaxıstan vətəndaşları tez-tez Ermənistandan avtomobillər alırlar və dövlət nömrələrini dəyişmədən istifadə edirlər.

Dağıstan və Qazaxıstanda Ermənistan dövlət nömrə nişanlı avtomobillərin sayının artmasının səbəbi odur ki, ötən ilin əvvəlindən etibarən Belarus, Qazaxıstan, Ermənistan və Rusiyanın üzv olduğu Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsi qüvvəyə minib. Bu səbəbdən Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrdə qeydiyyatda olan avtomobillər Birlik ərazisində heç bir rüsum ödəmədən sərbəst şəkildə hərəkət edə bilirlər. Ermənistanda avtomobillərin qeydiyyatı ilə bağlı rüsumlar Rusiya və Qazaxıstanla müqayisədə aşağı olduğu üçün bu ölkələrin vətəndaşları 3-cü ölkədən aldıqları avtomobilləri Ermənistanda qeydiyyata salmağa üsütünlük verirlər.

Onu da bildirək ki, avtomobillər üçün qeydiyyat rüsumunun yüksək olduğu ölkələrdən biri də Azərbaycan hesab olunur. Ermənistan Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi veb-səhifəsində yerləşdirilən "Gömrük Kalkulyatoru"na eyni göstəricilərə daxil ediyimiz zaman qarşımıza çıxan nəticələr arasında böyük fərqlərin olduğunu görəcəyik.
Məsələn, 2010-cu il istehsalı və mühərrikinin həcmi 2,2 litr olan olan "Mersedes C 220" markalı avtomobili 1327 dollar (634 min 362 dram) ödəməklə Ermənistanda qeydiyyata almaq mümkündür.

Azərbaycanda isə 2010-cu il istehsalı və mühərrikinin həcmi 2,2 litr olan "Mersedes C 220" markalı avtomobili qeydiyyata salmaq üçün bundan 5 dəfə çox - 7050  dollar (11 986 manat) ödəmək lazımdır.
İki ölkənin gömrük rəsmiləşdirməsi arasında ən diqqətçəkən fərqlərdən biri odur ki, Ermənistanda avtomobillərin gömrük dəyəri onların markalarına, istehsal ilinə və mühərrikin həcminə uyğun olaraq müəyyən edilir və bu qiymət dəyişməz olaraq bütün avtomobillərə tətbiq olunur. Məsələn, Ermənistanda 2010-cu il istehsalı və mühərrikinin həcmi 2,2 litr olan "Mersedes C220" markalı avtomobilin gömrük dəyəri 3 900 dollar (1 865 772 dram) müəyyən olunub və dəyişməzdir.

Bizdə isə rüsumların yüksək olmasından əlavə avtomobillərin gömrük dəyəri müəyyən olunarkən də ciddi problemlər ortaya çıxır. Belə ki, avtomobillər üçün vahid gömrük dəyəri müəyyən olunmadığı üçün hər bir avtomobil üçün tək-tək gömrük dəyəri müəyyən olunur. Bu ilin ilk 9 ayı ərzində Azərbaycana 30 mindən çox avtomobil idxal olunub. Bu avtomobillərin hər biri üçün tək-tək gömrük dəyəri müəyyən edilib. Məlum məsələdir ki, gömrük dəyəri müəyyən edilən zaman bir-çox hallarda avtomobil sahibi ilə gömrük əməkdaşları arasında anlaşılmazlıq yaranır. Avtomobil sahibi avtomobili ucuz aldığını və daha az rüsum ödəməli olduğunu, gömrük əməkdaşı isə daxili bazarda avtomobilin real qiymətinin daha yüksək olduğunu bildirərək daha çox rüsum ödənilməli olduğunu bildirir. Qeyd edək ki, mövcud qanunvericilikdə gömrük dəyəri müəyyən olunarkən hər iki hal - həm alış qiyməti, həm də daxili bazardakı qiymət nəzərdə tutulduğundan kimin haqlı, kimin haqsız olduğunu da müəyyən etmək olmur.

Məsələn, Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi veb-səhifəsində yerləşdirilən "Gömrük Kalkulyatoru"na açıq şəkildə yazılır ki, avtomobilin gömrük dəyərini yazarkən ölkəmizdəki satış qiymətini mütləq nəzərə almaq lazımdır.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol