• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
27.06.2025 11:26

Prezident İlham Əliyev iyunun 27-də Polşanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb, siyasi və iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluğunu bildirib.

İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələr arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub. Dövlət başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd edib.

Səfir Polşa Prezidenti Andjey Dudanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş edib.

Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirib və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.

Söhbət zamanı münasibətlərin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol