• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE

Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE
22.10.2019 16:53
Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Şahin Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.
Anews.az Şahin Mustafayevin tərcümeyi-halını təqdim edir.Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə anadan olub.

1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.
1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
1991-1992-ci illərdə "Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.
1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.
2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.
2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.

2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri olub.

2016-cı ilin yanvarın 15-dən bu günə kimi iqtisadiyyat naziri işləyib.

Ailəlidir, 3 övladı var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol