• $
  • £

Afaq Bəşirqızı: "Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün, “kreslo”nu məşğul etməsin"

Afaq Bəşirqızı:
22.10.2019 18:44
Xalq artisti Afaq Bəşirqızı bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransını boykot edərək zalı tərk edib.

Xalq artisti konfransda özünü görmədiyini bildirib:
"Prezident İlham Əliyev dünən çıxışında 70-dən yaşı olan çox olan məmurlara Hacıbala Abutalıbovdan nümunə götürməyi məsləhət gördü. Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün.
Azərbaycan Teatr Xadimləri İttifaqının nəyə xidmət etdiyi belə bilinmir. Hamı Xalq artisti deyil. Hamının xalası, bibisi yoxdur. Hamının əli qırmızı telefona çatmır. Ona görə aktyorların sosial vəziyyəti həddindən artıq pis idi. Allah can sağlığı versin, Cənab Prezident onların aylıq əməkhaqlarını artırdı.
Ondan sonra da iki dəfə əməkhaqqı artıb. Lakin əməkhaqqı ilə həmin sosial problemləri həll etmək mümkün deyil. Teatr Xadimləri İttifaqı bu insanların qayğısına qalmalıdır. "Kreslo”nu məşğul etməməlidir. Bu ittifaq aktyorların ev problemindən tutmuş, bütün sosial problemini həll etməlidir.
Mən Prezidentə müraciət etmişəm. Sözlərimin heç birində yalan yoxdur. Mən prezidentimin reaksiyasını gözləyirəm.
Teatr Xadimləri İttifaqının sədri Prezidenti görəndə dirəyin arxasında gizlənməməlidir. İttifaqın sədri ona yaxınlaşıb dərdini, işçisinin problemini deməlidir”.
Azərpaşa Nemət isə jurnalistlərə açıqlamasında Xalq artistinin onun haqqında dediyi fikirlərin önəmli olmadığını, səsləndirdiyi ittihamlara fikir vermədiyini qeyd edib. (Oxu.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Mədəniyyət 10:24
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Züleyxa Hacıyeva vəfat edib
Mədəniyyət 21:48
Züleyxa Hacıyeva vəfat edib
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mədəniyyət 15:42
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Mədəniyyət 16:00
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol