• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Şəmistan Həziyev 30 gün ərzində azadlıqdan məhrum edilib

Şəmistan Həziyev 30 gün ərzində azadlıqdan məhrum edilib
01.11.2019 08:46
Yasamal rayon məhkəməsi oktyabrın 31-də Şəmistan Həziyevi polisə müqaviməti nəzərdə tutan maddə ilə ittiham edərək onu 30 günlük azadlıqdan məhrum edilməsi barədə qərar verib. 
 
Jurnalist fəaliyyəti ilə məşğul olan Şəmistan Həziyev oktyabrın 31-də  saat 12 radələrində evdən çıxıb və yox olmuşdu. Onun telefonları söndürülmüş və gün ərzində harada olması barədə məlumat almaq mümkün olmamışdı. 
 
Daxili İşlər Nazirliyinə  etdiyimiz uzun müraciətlərdən sonra bəlli oldu ki, Şəmistan Həziyev Yasamal Polis İdarəsinə aparılıb və buna səbəb onun şəxsi Facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasını  dəstəkləyən bir neçə post yerləşdirməsi olub. Amma son olaraq Yasamal məhkəməsinin qərarından bəlli oldu ki, gənc nə jurnalist fəaliyyəti, nə də siyasi baxışlarına görə deyil polisə müqavimətə görə saxlanılıb.
 
Valideynlərinə məhkəmə qərarından sonra zəng vuran gənc, polisə müqavimət göstərmədiyini bildirib. Gəncin yaşadığı ərazi üzrə sahə müvəkkili isə valideynə deyib ki, ünvansız söyüş söydüyü üçün  gənci saxlayıb və polis bölməsinə aparıbdır və gənc ona heç bir müqavimət göstərməyib. 
 
Gəncin Facebook səhifəsindən tanış olduğumuz postlarda həqiqətən gəncin AXCP-ə rəğbət ifadə edən postlarına rast  gəlmək olur. Amma onların heç birində gənc hakimiyyətə qarşı dözümsüzlük, itaətsizlik ifadə edən çağırışlara yol verməyib, hər hansı ekstremist şüarlar yerləşdirməyibdir. Odur ki, hüquq mühafizə orqanlarının bu işi yenidən araşdıracağına və gənc barədə yeni qərarın veriləcəyinə ümid edirik. 
 
Xatırladaq ki,  Şəmistan Həziyev ölkənin müxtəlif xəbər portallarında çalışıb və son 6 ay saytımızla əməkdaşlıq edirdi. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol