• $
  • £

Bakı Dövlət Sirki bərbad haldadır - FOTO

Bakı Dövlət Sirki bərbad haldadır - FOTO
11.11.2019 12:23
Bakı Dövlət Sirki bərbad vəziyyətdədir. 

Bu barədə fotoları sosial şəbəkədə jurnalist Ülviyyə İsmayılova paylaşıb. 
O bildirib ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil:
"Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır”.
Qeyd edək ki, bir müddət əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Dövlət Sirkinin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:

"Azərbaycanda yeni sirk binasının tikintisi ilə bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək”.

Məsələ barədə Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovla əlaqə saxladıq.
M.Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyə gətirilməsi texniki baxımdan həddindən artıq çətindir:

"Bu, lazım olduğundan artıq xərclər tələb edir. Bakı Dövlət Sirki 1967-ci ildən istifadəyə verilmiş binadır. Avadanlıqların çoxunu bərpa etmək mümkün deyil. Bina tamamilə sökülməli və yenisi tikilməlidir. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, sirkin binası şəhərin görkəminə, quruluşuna görə öz yerində deyil:
"İctimai nəqliyyatın sıx hərəkət etdiyi yerdən kənardır. Ora tamaşaya gələnlərin gözləməsi üçün yaxınlıqda da elə bir istirahət yeri yoxdur. Müasir görkəmli sirkin tikintisi üçün müəyyən tələblər var.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni binanın tikintisi üçün bir neçə ölkədən mütəxəssislər dəvət edilib. Layihədə bütün problemlər nəzərə alınacaq”. 
Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Həmin binanın memarları İsmayılov və Leontyev olub.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Mədəniyyət 10:24
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Züleyxa Hacıyeva vəfat edib
Mədəniyyət 21:48
Züleyxa Hacıyeva vəfat edib
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mədəniyyət 15:42
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Mədəniyyət 16:00
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol