• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Anar Kərimova yüksək vəzifə verildi

Anar Kərimova yüksək vəzifə verildi
12.11.2019 16:17
Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov beynəlxalq qurumun vitse-prezidenti seçilib.

"Report"un Fransa bürosu xəbər verir ki, bu, Parisdə keçirilən, qurumun 193 üzv və 10 assosiativ üzv ölkəsinin nümayəndələrinin qatıldığı UNESKO-nun Baş Konfransının 40-cı sessiyasında baş tutub.

Qeyd edək ki, noyabrın 12-də öz işinə başlayan tədbirdə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, UNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, eləcə də daimi nümayəndəliyin diplomatları Baş Konfransda təmsil olunur.

Baş Konfrans ali təhsildən süni intellektə qədər aktual məsələlərlə bağlı yeni çoxtərəfli yanaşmalara dair beynəlxalq ideyalar müzakirə ediləcək.
Tədbir çərçivəsində bir çox yadda qalan siyasi tədbirlər keçiriləcək. "(Yeni nəsil dəyişikliyin gənc aktorları ilə çoxtərəfli münasibətləri yenidən nəzərdən keçirmək” adlı yüksək səviyyəli tədbirə bir çox dövlət və hökumət rəhbərləri qatılacaq. Noyabrın 13-də keçiriləcək inklüzivlik və mobilliyə dair nazirlər iclasında 100-dən çox ölkənin təhsil naziri iştirak edəcək.

Noyabrın 19-da isə 107 ölkənin mədəniyyət naziri "dövlət siyasəti və davamlı inkişafda mədəniyyətin yeri” adlı mövzu ətrafında müzakirələr aparacaqlar.
Baş Konfrans çərçivəsində noyabrın 18-də UNESKO-nun 11-ci Gənclər Forumu keçiriləcək. Forumda gənclərin UNESKO-nun fəaliyyətində iştirak etməsi üçün yaxşı təcrübələr diqqətə çatdırılacaq. Forum bilik və təcrübələrin bölüşdürülməsi, dəyişikliyin gənc aktorları arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün UNESKO və üzv dövlətrlər arasında dialoq platforması yaradacaq. Həmin gün "Gəncliyin səsi və süni intellektin gələcəyi” adlı mövzusuna dair iclas keçiriləcək.

Noyabrın 22-də Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində "Qadınlara qarşı zorakılığa dair məlumat kitabçası” jurnalistlərə təqdim olunacaq. Məqsəd bu mövzu ilə bağlı jurnalistləri maarifləndirməkdir.

İlk dəfə olaraq noyabrın 15-də Konvensiya Günü münasibəti ilə bütün üzv dövlətlər qurumun hazırladığı konvensiyaları imzalamağa və ratifikasiya mexanizmlərini Baş direktora təqdim etməyə dəvət olunacaqlar.

Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirləri də iclaslarda iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.
Sessiya noyabrın 27-dək davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət 13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir
Siyasət 13:21
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir

"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Siyasət 10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Hikmət Hacıyev: Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək
Siyasət 09:56
Hikmət Hacıyev: Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək
İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı
Siyasət 00:03
İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol