Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirildi - FOTO
Yazıçı - dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib.
Tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədir Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Milli Məclisin deputatları iştirak ediblər.
"Bu gün çox gözəl gündür. Çünki bu gün Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edirik və ədibin nəslinin davamçıları da bizimlə birlikdədir. Ev muzeyində yeni ekspozisiya açılır.
Cəlil Məmmədquluzadənin ev muzeyinin böyük xidmətlərindən biri də o olacaq ki, biz ədibin irsi ilə yenidən tanış olacağıq. Ümid edirəm ki, muzey ədibin irsinin zənginləşdirilməsində böyük rol oynayacaq”.
"Mən hər dəfə bu muzeyə gələndə həm fəxarət hissi keçirirəm, həm də kövrəlirəm. Çünki Cəlil Məmmədquluzadənin ömrünün sonuna kimi bu evdə ağır şəraitdə yaşayıb. O, bu evdə öz balalarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb, evi isidirmiş. Bu gün də o ocağın istisi bizi isidir”.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, 68 illik fasilədən sonra C.Məmmədquluzadənin nəslinin nümayəndələri ilk dəfə Azərbaycana gəlib:
"Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və oğlu hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə ən böyük əsərlərini yazıb.
Martin Cavanşiri çıxış edərək, ev muzeyinin açılışında göstərilən diqqətə görə təşəkkürünü bildirib:
"Mən təsəvvür etməzdim ki, Cəlil Məmmədquluzadəyə Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq”.
Qeyd edək ki, ev muzeyi Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yerləşir. Ev muzeyinin təmirinə 2018-ci ilin may ayından başlanılmışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət
16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət
13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır