• $
  • £

İrandakı etirazların Azərbaycana 5 mümkün təsiri – Qubad İbadoğlu açıqladı

İrandakı etirazların Azərbaycana 5 mümkün təsiri – Qubad İbadoğlu açıqladı
18.11.2019 20:33
"İranda getdikcə artan sosial etirazlar davamlı xarakter alarsa, ölkəni siyasi və iqtisadi böhrana sürükləyə bilər. Belə ki, idarəolunmaz formata keçən xalq etirazları qurbanlarının sayına, iştirakçıların kütləviliyinə və coğrafı əhatə dairəsinə görə son illərin ən şiddətli aksiyalarından sayılır”.
 
Demokrat.az bildirir ki, bu fikirləri ADR sədri, iqtisadçı ekspert Qubad İbadoğlu qonşu ölkədəki prosesləri və onun Azərbaycana mümkün təsirlərini şərh edərkən bildirib.
 
Ekspertin sözlkərinə görə, baş verənlər əsasında qurulan istənilən ssenaridən aydın görsənir ki, İranda qiymətlərin artımının yeni dalğası, milli valyutanın dəyərsizləşməsinin növbəti mərhələsi iqtisadi durumu daha acınacaqlı vəziyyətə sala bilər. Bu isə istənilən halda İrandan əmək miqrasiyasını və kapital axınını sürətləndirəcək.
 
Q.İbadoğlunun fikrincə, Azərbaycan imiqrantlara ev sahibliyi, maliyyə transfertlərinə vasitəçilik etmək məcburiyyətində qala biləcək potensial ölkələrin siyahısındadır.
 
O, hər iki trendin iqtisadi təsirlərinin əvvəlcədən dəyərləndirilməsi və Azərbaycanın prosesə hazırlıqlı olması baxımından gözləntilərini aşıqlayıb:
 
"Birincisi, Azərbaycanın İranla sərhəddə yaşayan əhalisi üçün bu ölkə əvvəlki kimi alış-veriş və tibbi xidmətlər üçün faydalı olmayacaq. Bu isə xüsusilə də cənub rayonlarında onsuz da pisləşən sosial vəziyyəti bir az da gərginləşdirə bilər.
 
İkincisi, İrandan Azərbaycana əmək imiqratlarının gəlməsi ilk növbədə əmlak kirayəsi və istehlak bazarında qiymətlərin bahalaşmasına artırıcı təsir göstərəcək.
 
Üçüncüsü, İran və Azərbaycan arasında xarici ticarət döviyyəsi azalacaq. Lakin bununla yanaşı, İran mənşəli kapitalın Azərbaycana daşınması prosesi sürətlənəcək ki, bu da Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıra bilər.
 
Dördüncüsü, İran tüməninin dəyərdən düşməsi Azərbaycan manatına və dolayı yolla da ABŞ dollarına olan tələbatı artıra bilər. Bu da Azərbaycanın xarici şoklara həsas olan valyuta bazarında gərginliyi artıracaq.
 
Nəhayət, İranda hakimiyyətlə xalq arasında münasibətlərin gərginləşməsi qısa müddətli dövrdə dünya bazarında neftin qiymətinə artırıcı təsir göstərə bilər. Bu da Azərbaycanın neft gəlirlərinin artımını şərtləndirən amillərdəndir”.
 
Qubad İbadoğlu fikirlərini yekunlaşdıraraq vurğulayıb ki, İranda baş verənlər Azərbaycan iqtisadiyyatına birmənalı müsbət və ya mənfi təsir göstərməyəcək. Bu təsirlərin hansının çox, hansının az olması qonşu ölkədəki hadisələrin gedişatından və Azərbaycanın prosesə hazırlıq səviyyəsindən asılı olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Putinlə söhbət edib
Cəmiyyət 13:16
Əliyev Putinlə söhbət edib
Azərbaycanda buğda və arpa toxumuna illik tələbatın yalnız 44%-i sertifikatlaşdırılmış toxumla ödənilir
Cəmiyyət 12:58
Azərbaycanda buğda və arpa toxumuna illik tələbatın yalnız 44%-i sertifikatlaşdırılmış toxumla ödənilir
Azərbaycanda balıq ovu və məhsul dövriyyəsinə elektron nəzarət sistemi tətbiq ediləcək
Cəmiyyət 12:42
Azərbaycanda balıq ovu və məhsul dövriyyəsinə elektron nəzarət sistemi tətbiq ediləcək
Azərbaycan 2030-cu ilədək buğda və arpa üzrə toxum təminatını 100%-ə çatdırmağı hədəfləyir
Cəmiyyət 12:35
Azərbaycan 2030-cu ilədək buğda və arpa üzrə toxum təminatını 100%-ə çatdırmağı hədəfləyir
Prezident Hindistanın Baş naziri ilə görüşüb
Cəmiyyət 11:44
Prezident Hindistanın Baş naziri ilə görüşüb
Bakıya normadan artıq yağış yağıb - faktiki hava
Cəmiyyət 10:46
Bakıya normadan artıq yağış yağıb - faktiki hava
Bəzi çaylardan sel keçəcək - xəbərdarlıq
Cəmiyyət 10:38
Bəzi çaylardan sel keçəcək - xəbərdarlıq
Xətai uşaqlarda xəstəliklərin sayına görə Bakıda ilk yerdədir - siyahı
Cəmiyyət 10:31
Xətai uşaqlarda xəstəliklərin sayına görə Bakıda ilk yerdədir - siyahı
Azərbaycanda bir gündə 52 şübhəli şəxs saxlanılıb
Cəmiyyət 10:14
Azərbaycanda bir gündə 52 şübhəli şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol