• $
  • £

“Mədəniyyəti və cəmiyyətə verdiyi dəyər...” - Efirə sərxoş çıxanları cəza gözləyir?

“Mədəniyyəti və cəmiyyətə verdiyi dəyər...” - Efirə sərxoş çıxanları cəza gözləyir?
03.12.2019 13:01
Xəbər verdiyimiz kimi,  Xalq artisti Röya Ayxan dünən efirdə  bir neçə il  öncə  "Xəzər TV-də Nəsib Nurun verilişinə içkili çıxdığını: "Sürücüm 12 ildir ki, yanımda işləyir. Onun oğlu dünyaya gəlmişdi və biz həmin gün qonaqlıqda idik. Bir az içkinin dozasını qaçırtdım. Üzr istəyirəm”.

Bəs görəsən, efirə içkili çıxmağın hansısa cəzası varmı? Xüsusilə bunu Xalq artisiti etiraf edirsə, digər müğənnilərin də belə etməyəcəyi istisna deyil. Belə halların qarşısının alınması üçün hansısa tədbir görülə bilərmi?

Mövzu ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf  Hacıyevlə əlaqə saxladıq. "Yeni Sabah”a danışan A. Hacıyev efirə spirtli içki qəbul edərək gələnlər üçün qurum tərəfindən hər hansı cəza tətbiq edilmədiyini bildirib:
"Röya Ayxan hansı televiziyada efirə çıxıbsa, bu həmin kanalın və ya röya xanımın özünün problemidir. MTRŞ həmişə televiziya və radiolarda hər hansı qanun pozuntusu olarsa, o halda onların qarşısında olur. Bu gün efirə kimin içkili çıxıb-çıxmadığını necə müəyyən etmək olar? Açığı, MTRŞ televiziya kanallarının o işinə qarışmır. Kanal kimi çağırır, necə, hansı vəziyyətdə çağırır, bu onların özünün işidir. MTRŞ televiziya kannallarının peşə yaradıcılığına qəti qarışmır”. 

Tanınmış hüquqşünas, media üzrə ekspert Ələsgər Əhmədoğlu efirə sərxoş çıxmağın hüquqi  məsuliyyəti olmadığını bildirib:
"Burada söhbət  efirə hansı  formada çıxmaqda yox, efirdə nəyi nümayiş etdirməkdədir. Başqalarına yönəlik təhqiramiz ifadələr, yaxud  qeyri-etik hərəkətlər olarsa, bu zaman məsələ müzakirə oluna bilər. Şəxsin efirə hansı formada gəlməsini öncədən müəyyən etmək də insan hüquqları aspektindən doğru olmaz. Bu zaman onu edən şəxsə subyektiv yanaşmış olarsan. İnsanlar var ki, spirt tərkibli hər hansı bir dərman qəbul edə bilər və qıraqdan içkili kimi görünə bilər. Halbuki əslində dərman qəbul edib. Lakin efirdə onun danışığında hansısa söyüş, təhqiramiz ifadələr varsa, kimisə aşağılamaq, hər hansı rəqibini, digər qonaqları yaxud aparıcını təhqir edirsə, bu zaman məsələ mübahisə oluna bilər. Bu baxımdan  MTRŞ-nın yanaşması doğrudur. Efirə qonaq gələn sürücü deyil ki, efirdən əvvəl müayinə olsun. Sürücü spirtli içki qəbul edərsə, hüquqi məsuliyyət daşıyır. 

Sərxoş vəziyyətdə efirə çıxmağın hüquqi məsuliyyəti yoxdur, etik məsuliyyəti var.  Etik  məsuliyyət də insanın özünün etik çərçivələri ilə, yaşadığı mühitlə, mədəniyyəti və cəmiyyətə verdiyi dəyər ilə müəyyən olunur. Bunun hüquqla müəyyən etmək mümkün deyil”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol