• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

"KİVDF islahatlardan kənarda qalmamalıdır" – Tanınmış jurnalist

04.12.2019 13:27
"İslahat dalğası mətbuata da çatmalı, mətbu vitrin ən qısa zamanda yenilənməlidir”.
 
Anews.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.
 
Təşkilat rəhbəri bildirib ki, mətbuatın vitrinində ləyaqətli jurnalistlər təmsil olunmalıdır:
 
"Media sahəsinə ləkə olan, öz mövcudluğu ilə bu sektoru zibilləyən adamlardan qurtulmağın vaxtı çatıb. Sözün nazını çəkən, jurnalist etikasını şəxsi mənafeyindən üstün tutan qələm adamlarına meydan verilməlidir.
 
Hesab edirəm ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu islahatlardan kənarda qalmamalıdır. Bu qurumda da struktur və kadr islahatları aparılmalıdır. Jurnalisti məmurlara yaltaqlanmağa vadar edən zehniyyətdən birdəfəlik xilas olmalıyıq. KİV Fondu sözdə deyil, əməldə mətbuata dəstək olmalıdır. Bu qurum üçün xarakterik olan dostbazlıq, yerlibazlıq, qohumbazlıq kimi xəstəlikləri müalicə etməyin vaxtıdır. Yekəxana, təkəbbürlü adamlar Prezidentin çağırışına səs verib, tutduqları postlarla könüllü şəkildə vidalaşmalıdırlar”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Cəmiyyət 18:08
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 17:53
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Cəmiyyət 17:43
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Cəmiyyət 17:40
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Cəmiyyət 17:35
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
TƏBİB cərahi xidmətlərlə bağlı yeni layihəyəyə başlayır
Cəmiyyət 17:32
TƏBİB cərahi xidmətlərlə bağlı yeni layihəyəyə başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol