• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir? - Sirləri öyrənin!

Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir? - Sirləri öyrənin!
06.12.2019 10:11
Yol polisi əməkdaşları daha əlində radarla gəzmir. Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb.

Milli.Az bizimyol.info-ya istinadən radarlarla bağlı sizə bəzi məlumatları təqdim edir.

Sürücülər, adətən, radar görən kimi tez əyləcə basırlar. Halbuki buna ehtiyac yoxdur. Həm özünüzə, həm də başqalarına təhlükə yaradırsız. Onsuz da radarların böyük imkanları var. Amma həm də müəyyən məsafələrdə radarlar acizdir. Yaxındasınızsa, əyləc köməyə gəlməyəcək, uzaqdasınızsa, radar sizi tuta bilməyəcək. Tələsmədən sürəti azalda bilərsiniz.

Keçmiş sovet respublikalarının ərazilərində, adətən, radiolokasiya tipli radarlardan istifadə olunur. Avtomobilə impuls ötürülür, əks olunan siqnal əsasında sürəti müəyyənləşdirirlər.

Yollarda daha çox "Kris" və "Arena" cihazlarından istifadə olunur. Yəni 100 metrə qədər məsafədə radar sürəti müəyyənləşdirə bilir. Məsələn, siz maşını saatda 90 km ilə sürürsünüzsə, radarın yanından ötməyinizə 3-4 saniyə qalmış sürət qeydiyyatı başlayır. Radardan məsafəniz 100 metrdən çoxdursa, avtomobilinizin sürətini dəqiq ölçə bilməyəcək.
"Kordon" və "Kreçet" cihazları çox populyar deyil. Amma bu radarlar 150 metrə qədər dəqiq sürət söyləyə bilir. Əksər hallarda radar avtomobili yaxına buraxmağa çalışır.

Əlbəttə, sürücülər də "ilişməməyə" çalışır. İndi maşınlarda radar-dedektorlar olur ki, 500 metrdən radiolokasiya cihazından xəbər tutur. Amma bəzən radarı elə yerə qoyarlar ki, dedektor aciz qalar.

Rusiyanın paytaxtı Moskva küçələrində "Strelka" adlanan radarlar dəbə minib. Yol polisinin sevimli cihazıdır. Çünki 250 metrə qədər effektlidir. Tezliklə bizim küçələrdə də görünəcəyi gözlənilir.

Radar-dedektorların daha bir düşməni LİSD-2F cihazıdır. Bu radarlar da 250 metrdən sürəti müəyyən edə bilir.

İndi yol polisi daha mükəmməl sistem üzərində baş sındırır. "Avtodoriya" cihazı bu mənada çox təkmilləşmiş qurğudur. Daha sürücünün əyləci basması da köməyə gəlməyəcək. Bu cihazlar təkcə sürət həddini aşmanı müəyyənləşdirmir, həm də yol zolağının pozulması, avtomobilin qadağan olunmuş yerdə saxlanılması hallarını da "görür". Yəni avtomobilləri tərksilah etmək üçün texnologiyanın imkanlarından maksimum istifadə olunur.
Ən yaxşısı qaydaları pozmamaqdır. Bir şərtlə ki, qaydalar da yol polisi tərəfindən məqsədli şəkildə mürəkkəb hala salınmasın...

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 21:35
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub,yaralı var
Cəmiyyət 20:35
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub,yaralı var
Bakıda ofisdən oğurluq edənlər saxlanılıb
Cəmiyyət 18:30
Bakıda ofisdən oğurluq edənlər saxlanılıb
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:28
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Sabah bu qəsəbədə su olmayacaq
Cəmiyyət 16:00
Sabah bu qəsəbədə su olmayacaq
Binəqədidə avtomobil və motosiklet oğurlayan şəxslər saxlanılıblar
Cəmiyyət 15:27
Binəqədidə avtomobil və motosiklet oğurlayan şəxslər saxlanılıblar
Binəqədidə evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Cəmiyyət 14:52
Binəqədidə evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
DYP bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 13:53
DYP bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə xəbərdarlıq edib
Avropanın daha bir ölkəsində Azərbaycan Evi məktəbi açılıb
Cəmiyyət 12:36
Avropanın daha bir ölkəsində Azərbaycan Evi məktəbi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol