• $
  • £

Qarabağ qaziləri meydanda - Fotolar+Video

Qarabağ qaziləri meydanda - Fotolar+Video
07.12.2019 10:51
Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib. 
 
"Qafqazinfo” xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub. 
 
Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada "Qarabağ”la "Sumqayıt” üz-üzə gəlib. "Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib. 
 
Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 komanda Qərb zonasını – Gəncə və Tovuzu təmsil edir. 4 komanda isə paytaxt və Sumqayıtdan formalaşıb. 
 
Çempionatın keçirilməsində əsas məqsəd milli komandanı formalaşdırmaqdır. 2020-ci ildə Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanan yığma komandamızın oraya yollanması üçün liqanın keçirilməsi təşəbbüsü göstərilib. 
 
Komandaların əksəriyyətinin heyəti Qarabağ qazilərindən təşkil olunub.  

 "Qarabağ” komandasının ən yaşlı üzvü Rasim Ələkbərov çempionat keçirildiyi üçün gənclərin amputa futboluna maraq göstərəcəyinə inandığını bildirib: "Məqsədimiz vətənə səngərdə xidmət etdiyimiz kimi burda da xidmət etməkdir. İstəyirik ki, 2020-ci ildəki Avropa çempionatına yollanaq. Hələlik komandaların üzvlərinin sayı azdır. İstəyirik ki, çoxalsın, əlil gəncləri dəvət edirəm, bizə qoşulsunlar. Mən bu yaşlı vaxtımda bacarıramsa, onlar da bacararlar. Hər kəsə qapımız açıqdır”.
 
"Sumqayıt”ın kapitanı Çingiz Məmmədov da çempionatın təşkilinə sevindiklərini bildirib: "Biz bunun təşkil olunması üçün əlimizdən gələni etdik. 1 ildir ki, amputa futbolu oynayırdıq. Lakin çempionat yox idi. Artıq liqa da var və biz sevinirik. Daha yaxşı olması üçün əlimizdən gələni edəcəyik. Məşqlər də edirik, formalarımız da düzələcək. Getdikcə daha yaxşı çempionat keçirəcəyik”. 
 
Qeyd edək ki, meydançada futbolçu sayının az olması xüsusi diqqət çəkirdi. Hər komandada yalnız meydana çıxacaq qədər futbolçu var. Əgər kimsə zədələnsə, meydanda onu əvəz edəcək oyunçular yoxdur. Bundan təşkilatçılar da narahat olaraq kütləviliyin artırılmasının vacib olduğunu bildiriblər.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol