• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Bu ölkələrin vətəndaşları üçün viza rüsumu azaldıldı

Bu ölkələrin vətəndaşları üçün viza rüsumu azaldıldı
25.12.2019 21:30
Nazirlər Kabinetinin qərarı (№489) ilə ABŞ və Koreya Respublikasının vətəndaşlarına çoxdəfəlik giriş vizaları üçün rüsumun məbləği iki dəfədən çox azaldılıb.

Anews.az-ın məlumatına görə, hazırda Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği 350 ABŞ dolları müəyyən edilib.

Ümumilikdə, Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin müəyyən olunması zamanı qarşılılıq prinsipinin nəzər alınması vacib hesab olunur.

Belə ki, ABŞ tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə - turist, tələbə və mübadilə vizaları üçün 160 ABŞ dolları, habelə əmək, şirkətlərarası transfer və din xadimləri vizaları üçün 190 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.

Həmçinin ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi qarşılılıq prinsipinə uyğun olaraq Azərbaycan tərəfindən ABŞ vətəndaşlarına daha uzunmüddətli vizaların rəsmiləşdirilməsini və çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə tutulan dövlət rüsumunun azaldılmasını xahiş edib.

Koreya tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizaların rəsmiləşdirilməsinə görə 150 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasına səfər etmək istəyən ABŞ və Koreya Republikası vətəndaşları üçün çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə dövlət rüsumunun azaldılması məqsədəuyğun hesab olunur.

Proqnozlaşdırmaq mümkündür ki, bu layihənin qəbul edilməsi nəticəsində Azərbaycan Respublikası ilə ABŞ və Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və sosial əməkdaşlıq əlaqələrinin inkişafına, ikitərəfli ticarət dövriyyəsinin artmasına, o cümlədən ölkəmizə xarici investisiya qoyuluşu prosesinə müsbət təsir göstərə və həmin ölkələrdən Azərbaycan Respublikasına müxtəlif məqsədlərlə səfər edən şəxslərin sayının artmasına səbəb ola bilər./Trend

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib
Siyasət 15:10
İsrailin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
Siyasət 11:15
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
Хикмет Гаджиев встретился с послом Украины в Баку
Siyasət 14:39
Хикмет Гаджиев встретился с послом Украины в Баку
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Siyasət 10:04
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb
Siyasət 08:37
Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol